“Bunu bacardıqsa, bundan sonra daha yaxşı olacağımıza inanıram” “Kəpəz”in oyunçusu
Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kəpəz” 15-ci turda “Şamaxı”ya qalib gələrək sonuncu pillədən qurtula bildi. Gəncə təmsilçisi 9-cu pilləyə yüksəldi.
“Şamaxı” ilə oyundan sonra “sarı-göylər”in futbolçusu Nicat Süleymanlı qələbə barədə fikirlərini “Football-plus.az” ilə bölüşdü:
“Şamaxı” ilə oyuna yaxşı hazırlaşmışdıq. Qələbə üçün kökləndik. Hamı bilirdi ki, bu oyun bizim üçün vacibdi. Son pillədən qurtulmaq hava-su kimi vacib idi. Bunu bacardıqsa, bundan sonra daha yaxşı olacağımıza inanıram. Hər xal bizim üçün çox vacibdi. Biz də çalışırıq ki, xal və xallar qazanaq. Daha çox üzərimizdə işləyib, maksimumunu etməliyik. Rəqabət artıb. Heç bir rəqib asan deyil. Biz də sübut edəcəyik ki, elitadan düşməyə layiq deyilik. Bundan sonra bacardıqca çox xal yığıb, aşağı pillələrdən qurtulacağıq”.
RÖYANƏ OĞUZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















