“Bunu bərpa et, əks halda insanlar öləcək” Zelenskidən çağırış
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder İlon Maskı “Starlink” peyk rabitəsinin tam funksionallığını bərpa etməyə çağırıb. O, sistemin işində yaranan fasilələrin və sürət məhdudiyyətlərinin insan tələfatına səbəb ola biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna lideri britaniyalı jurnalist Pirs Morqana müsahibəsində danışıb.
Maskın şirkəti tərəfindən “Starlink”in sürətinin məhdudlaşdırılmasını şərh edən Zelenski baş verənləri “böyük səhv” adlandırıb:
“Starlink”in sürəti aşağı düşəndə nə baş verdiyi aydındır; əgər onu söndürürlərsə, bu, onların qərarıdır. Bu qərara görə insanlar ölür? Əlbəttə ki, insanlar öləcək. Əgər hücumlar davam edərsə və “Starlink” işləməzsə – bu, şübhəsiz ki, kömək etməyəcək”.
Ukrayna Prezidenti yaranan nasazlıqların texniki xəta ilə bağlı olduğuna ümid etdiyini bildirərək peyk rabitəsinin normal iş rejiminin bərpa olunmasını xahiş edib: “Ola bilər ki, hər hansı ciddi texniki problem var, bilmirəm – lakin biz onu yenidən işə salmağı xahiş edirik. Düşünürəm ki, bu, tərəfdaşlar arasındakı münasibətlərə görə dürüst və ədalətli olardı”./Globalinfo.az
Baxış sayı:52
Bu xəbər 15 Oktyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















