Icma.az
close
up
RU
“Bunu çox da səmimi qəbul etmək olmaz”

“Bunu çox da səmimi qəbul etmək olmaz”

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

“Ararat Mirzoyan və Ceyhun Bayramov arasında maraqlı görüş keçirildi. Moderatorun sualı əsasən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı oldu. Mirzoyan bildirdi ki, onlar qısa zaman kəsiyində sülh sazişini imzalamağa hazırdırlar. Azərbaycanın mövqeyi hər zaman aydın olub. Azərbaycan regionda sülh gündəliyini başladıb və irəli aparmaqdadır. Azərbaycanın iradəsi, konstruktiv mövqeyi sayəsində bu gün regionda sülhün əldə olunması imkanları formalaşıb. Bildiyimiz kimi, 17 maddədən ibarət sülh mətni üzrə artıq razılıq əldə olunub. Lakin Azərbaycanın irəli sürdüyü şərtlər var. Bu, Ermənistan Konstitusiyasında dəyişikliyin edilməsi, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı şərtlərdir. Bu şərtlərə əməl olunmasa sülh sazişinin imzalanmasının da əhəmiyyəti yoxdur”.

Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.

Politoloqun sözlərinə görə, Antalya Diplomatik Forumunda Mirzoyan bildirdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması istiqamətində də addım atıla bilər: “Mirzoyanın dediklərindən belə qənaətə gəlmək olar ki, Ermənistan Minsk qrupunun fəaliyyətinin dayandırılmasına razı ola bilər. Amma bunu çox da səmimi qəbul etmək olmaz. Çünki bir neçə ay öncə Ermənistan rəsmiləri ATƏT-in Minsk qrupunun fəaliyyətində maraqlı olduqlarını bildirmişdilər”.

E.Mirbəşiroğlu vurğulayıb ki, Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı Ermənistanın marağı varsa, onda Azərbaycanın təklifinə uyğun birgə müraciət olunmalıdır: “Ermənistan tərəfi isə bu prosesi ləngitməkdədir. Bircə müraciət olunmalıdır ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti dayandırılsın. Bu da o anlama gələcək ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Çünki ortada tənzimlənməsi lazım olan münaqişə mövcud deyil. Düşünürəm ki, bu da sülhün əsas göstəricilərindən biri olacaq. Düzdür, ümumilikdə səsləndirilən fikirlər konstruktiv kimi qəbul oluna bilər. Amma əsas odur ki, o fikirlərin arxasında praktiki addımlar dayansın. Ermənistan isə hər zaman sülhdən danışır, lakin bunu davranışlarında, praktiki addımlarında nümayiş etdirmir".

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Aprel 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see376

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see346

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see333

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see276

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see272

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see247

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see246

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see225

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see208

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see206

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see200

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see189

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see185

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see185

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see175

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see175

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see174

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see170

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri