Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Bunu da içək xəstəliyin sağlığına…

Bunu da içək xəstəliyin sağlığına…

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bazarda saxta içkilər də var, insanlar zəhərlənir, görülən tədbirlər nəticə vermir, çünki...

Azərbaycanın ərzaq bazarının vəziyyəti ilə bağlı bu silsilədən ötən yazılarımızda yeyinti məhsulları sahəsindəki vəziyyəti araşdırmışdıq. Bu dəfə isə, mövzumuz spirtli içki bazarındakı mövcud vəziyyətlə bağlıdır.

Azərbaycanda keyfiyyətsiz və saxta spirtli içkilərin satışı azalmaq əvəzinə artır. Bu məhsullar xeyli təhlükəli problemlər yaradır. Aidiyyatı orqanların son dövrlərdə ticarət və xidmət obyektlərində apardığı son monitorinqlər zamanı xeyli çeşiddə ərzaq məhsulunun keyfiyyətsiz olduğu aşkara çıxdı. Onların arasında spirtli içkilər də yer alır.

Qeyri-rəsmi məlumatlara gorə, ölkədə keyfiyyətsiz məhsul istehsalı ilə məşğul olan obyektlər var. Hətta bəzi restoranların zirzəmisində məşhur xarici brendlərin qablaşdırılmasında keyfiyyətsiz araq bağlandığı haqda məlumatlar mediada tez-tez yayımlanır. Ucqar qəsəbələrdə gözdən uzaq yerlərdə kiçik sexlər var ki, ucuz araqlar düzəldib satışa buraxır.

İstehlakşılar isə, ağına-bozuna baxmadan cəlbedici xarici görünüşü olan istənilən məhsulu almaqda davam edirlər. Satışda olan 5-6 manatlıq araq, konyak, şərab və s spirtli içkilərin ucuzluğu, dadı və effekti şübhələrə əsas verir.

Yay mövsümündə ən çox satılan spirtli içki olan pivəni içənlər isə, “bu pivə deyil, nəsə ona bir az oxşadılmış naməlum bir şeydir” deyə şikayətlənirlər. Mütəxəssislərin fikrincə onlar haqlıdır. Çünki, indi qablaşdırılmamış, açıq satışda olan çəllək pivələrinin əksəriyyəti hansısa “paraşok”dan hazırlanır.

Son dövrlərdə keyfiyyətsiz istehsala görə, bir neçə müəssisənin lisenziyası dayandırılıb. Ümumiyyətlə, bu proses neçə ildir davam edir. Amma istehsalçılar bundan nəinki nəticə çıxarmayıb, əksinə bazara çıxardıqları saxta və keyfiyyətsiz məhsulun həcmini artırırlar. Bəzi sahibkarlar isə, haradansa tanınmış firmaların etiketlərini və şüşə qablarını əldə edərək keyfiyyətsiz alkoqollu içkilər bağlayırlar.

Ən təhlükəli hallardan biri isə saxta alkaqollu içkilərə daha çox şadlıq evlərində rast gəlinməsidir. Şadlıq evlərinin bəzilərinin zirzəmisində hazırlanmış saxta araqlar Rusiya arağı adı ilə baha qiymətə qonaqlara verilir. Bu isə bəzi hallarda kütləvi zəhərlənmələrlə nəticələnir.

Kustar sexlərdə istehsal olunan araq və konyak məhsullarının əksəriyyəti texniki spirtdən hazırlanır. Onun tərkibinə, dimidrol və ya oxşar tərkibli dərman vururlar və bu adamda sərxoşluq yaradır.

Bunun nə dərəcədə təhlükəli olduğunu istənilən kimyaçı və ya həkim tam izah edə bilər. Belə içkilərdən 200-300 qram içəndən sonra adamı yuxu tutur.

Həkim İbrahim Əsədli deyir ki, keyfiyyətsiz, tərkibi müvafiq standartlara cavab verməyən spirtdən hazırlanmış içki məhsullarından zəhərlənmə hallarının bas verməsi istənilən digər məhsuldan zəhərlənməylə müqayisədə daha təhlükəlidir: “Çünki, adətən mikroböldürücü kimi qəbul edilən spirtin tərkibi zəhərlənmə yaradacaq səviyyəyə qədər korlanmış olduqda, ondan zəhərlənmə çox təhlükəli olur. Antifriz, odekolon və ya digər kimyəvi maddələrdən düzəldlmiş içkilər zəhərlənmələrin sayını xeyli artırır. Belə hallar baş verdikdə mümkün qədər tez həkimə müraciət edilməlidir”.

Bu gün artıq orta qiymətli, yəni 10 manat civarında olan spirtli içkilərdən istifadə edən alıcılar arasında belə fikir formalaşıb ki, istənilən yeni adda məhsulu almaq lazımdır. Çünki, hər hansı yeni adda keyfiyyətli spirtli içkinin müştərilər tərəfindən bəyənilməsindən bir müddətdən sonra gizli sexlərdə saxta variantlarının istehsalı başlayır.

Əvvəllər bu tip istehsalçılar məhsullarının saxta variantları bazara çıxdıqdan sonra məhsulun adını və şüşəsinin formasını dəyişməklə çıxış yolu tapırdılar. Lakin, son vaxtlar onlar da məhsulun adını və şüşəsinin formasını dəyişməklə yanaşı əvvəlki məhsulun bazarda satışının yaxşı getdiyini gördükdə, alıcıların həmin adda məhsuldan imtina edəcəkləri vaxta qədər nisbətən keyfiyyətsiz mal istehsal etməkdə maraqlı olurlar.

Bu səbəbdən, müəssisələrdə istehsal prosesinin şəffaf olması üçün ictimai nəzarət mexanizmi yaradılması, tez-tez yoxlama aparılmalı, cəza tədbirləri xeyli sərtləşdirilməlidir. Bu halda bazara saxta və keyfiyyətsiz məhsul çıxarıla bilməz.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, spirtli içkilər seqmenti hazırda ən çox çirklənmis, təhlükəli mallarla zənginləsmis seqmentlərdəndir. Ekspertin sözlərinə görə, istehlakçılar bu məhsulları alarkən xüsusilə diqqətli olmalıdırlar, çünki saxta spirtli içkilər sağlamlıq üçün çox təhlükəli olur.

Mütəxəssis məsləhət görür ki, saxta spirtli içkiləri müəyyən etmək üçün şüşə butulkanın ağzında olan tıxacın bərk və ya boşluğu yoxlanmalıdır. Əgər boşluğu varsa və ya şüşəyə yapışdırılan etiketlərin arxa hissəsi zolaqlı deyilsə, içkini fırladarkən içərisində yaranan köpükcüklər xırda deyilsə, içki saxtadır.

Deyilənləri nəzərə aldıqda, bu sahədə saxta, keyfiyyətsiz məhsulların istehsalının, satışının qarşısını almaq üçün müvafiq hökümət orqanlarının üzərinə böyük məsuliyyət düşür. Bu sahəyə nəzarət artırılmalı və cəzalar daha da sərtləşdirilməlidir.

Azərbaycanda sahibkarlara, istehsal müəssisələrinə dövlət dəstəyi var, hətta onlarda yoxlamalar məhdudlaşdırılıb ki, fəaliyyətlərinə mane olmasın. Lakin bundan sui-istifadə etmək həm dövləti, həm də əhalini aldadıb zərər vurmaqdır və bunun da layiqli cəzası olmalıdır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Fevral 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri