Bunu edərək yuxu keyfiyyətinizi yaxşılaşdıra BİLƏRSİNİZ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fizioterapevt Karlos Romero bildirib ki, sadəcə yastığı dəyişmək yuxunun keyfiyyətini xeyli yaxşılaşdıra bilər.
Redaktor.az xəbər verir ki, bu barədə "ABC News" nəşri yazıb.
Mütəxəssis xüsusilə lələkdən hazırlanmış yastıqlara və ya “memory foam” (yaddaş effektli köpük) materialından olan yastıqlara üstünlük verilməsini tövsiyə edib. Onun sözlərinə görə, başın formasına uyğunlaşan yastıqlar təzyiqə reaksiya verir və insanın yatarkən mövqeyinin dəyişməsinə uyğunlaşır.
Həkim qeyd edib ki, bu xüsusiyyət boyun fəqərələrinin daha rahat vəziyyətdə qalmasına, həmçinin təbii komfort və rahatlanmaya kömək edir.
Romero əlavə edib ki, yastığın optimal hündürlüyü təxminən 10 santimetr olmalıdır. Onun sözlərinə görə, bu hündürlük onurğanın düzgün vəziyyətdə qalmasını təmin edir. Bu xüsusilə gecə arxası üstə yatmağa üstünlük verən insanlar üçün vacib hesab olunur.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 06 Mart 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















