Icma.az
close
up
RU
Bunu eşidən Köçəryan ayaqyoluna qaçdı Məmmədyarov sirləri açır

Bunu eşidən Köçəryan ayaqyoluna qaçdı Məmmədyarov sirləri açır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları bəlli səviyyəyə qədər inkişaf edib. Sadəcə, erməni tərəfi həmişə olduğu kimi, yenə də tərəddüd edir. Nəyəsə ümid edib, prosesi uzadırlar. Keçmiş münaqişə dövründə də onlar proseslər yekun həddə yaxınlaşan kimi müxtəlif bəhanələr uydururdular, ya da qaçırdılar.

Globalinfo.az xəbər verir ki, bunu Teleqraf.com-a sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Vaxtilə Azərbaycan münaqişənin həlli ilə bağlı ən konseptual təkliflərlə çıxış edirdi. Hətta ən yüksək səviyyədə muxtariyyət məsələsi gündəmdə idi. Sadəcə, onlar “müstəqillik” eşqinə düşmüşdülər”, – deyə sabiq nazir söyləyib.

O əlavə edib ki, hətta ATƏT-in Minsk Qrupu da Qarabağda hansısa “seçkilərin” keçirilməsinə normal yanaşmırdı: “Deyirdilər ki, Qarabağ ətrafında 7 rayonu geri qaytararaq, “seçki və status” məsələsinə sonra qayıdarıq. Erməni tərəfi buna da getmədi. 2007-ci ildə Fransada Rambuedə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar kritik bir həddə çatmışdı. O vaxt Ermənistan prezidenti Robert Köçəryan idi. Məhz bu görüşdə ilk dəfə həmsədlər “Madrid prinsiplərini” təqdim etdilər”.

Elmar Məmmədyarova görə, o vaxta qədər sülhə ümid var idi ki, 7 rayonu geri qaytarıb, sonrakı məsələləri ardıcıl həll etmək mümkündür: “Minsk Qrupunun həmsədrləri Köçəryana ciddi təzyiq edirdilər. Ona açıq şəkildə deyirdlər ki, sən bunu qəbul etməlisən. Amma Köçəryan o görüşdən ayaqyolu adı ilə qaçdı. Çıxdı getdi. Ondan sonra bəlli oldu ki, ermənilər heç nəyə getməyəcəklər. Sözsüz ki, bu zaman elə onların özlərinin əleyhinə işlədi. Azərbaycan Ordusu möhkəmləndi və əraziləri işğaldan azad etdi. Əslində, 2007-ci ildəki danışıqlar göstərdi ki, güc tətbiq edilməsə, Ermənistan heç nəyə getməyəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Yanvar 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see200

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see197

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see154

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri