Icma.az
close
up
RU
“Bunu etmək üçün demək olar ki, başqa şansınız qalmır”

“Bunu etmək üçün demək olar ki, başqa şansınız qalmır”

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Sabah”ın U-19 komandası Gənclər Liqasında III turda “Borussiya”ya uduzub – 0:2.

Komandanın baş məşqçisi Adino Mustedanaqiç matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:

– Məğlubiyyəti şərh edərdiniz. 

– Məğlubiyyəti qəbul etmək həmişə çətindir. Oyundan sonra daha artığını edə biləcəyini düşünür və buna görə məyus olursan. Amma futbolçularımın çıxışından razı qaldım. Meydanda 90 dəqiqə ərzində gərgin mübarizə getdi. “Borussiya” yalnız 73-cü dəqiqədə qol vurmağı bacardı.

“Borussiya” güclü akademiyası olan böyük klubdur. Çox keyfiyyətli futbol nümayiş etdirirlər. Rəqibin əvvəlki qarşılaşmalarını təhlil etmişdik. Oyunlardan birində 5:0 hesablı qələbə qazanmışdılar. Bundan əvvəl isə “Vilyarreal”la üz-üzə gəlmişdilər. Həmin görüşdə məğlub olmalarına baxmayaraq, məncə, meydanda daha yaxşı təsir bağışlayan tərəf onlar idi.
Futbolçularımız bu görüş üçün müəyyənləşdirdiyimiz oyun planını tam şəkildə həyata keçirdilər. Onların meydanda göstərdikləri futboldan məmnunam.

– 3 matçda qol vura bilməmisiniz. Səbəb nədir? 

– Təkcə bir səbəb olduğunu söyləmək və bunu təqdim etmək həqiqətən çətindir. Əminliklə deyə bilərik ki, səbəblərdən biri də həmin oyunların xarakteridir. Bəlkə də “Mançester Yunayted”lə görüşü çıxmaq şərtilə, “Slaviya”və “Borussiya” ilə  matçlar 90 dəqiqə ərzində gərgin mübarizə şəraitində keçdi və rəqiblər də qarşılaşmalara tam ciddi yanaşırdılar. Bu səviyyəli oyunlarda qol imkanları az olur və yaranan hər fürsətdən maksimum yararlanmaq lazımdır. Qol vurmaq üçün şansınız çox olmur. Belə imkanları qaçırdıqda və ya hücumu sonadək inkişaf etdirərək qol vəziyyəti yarada bilmədikdə, demək olar ki, ikinci şansımız qalmır.

– Geridə qalan matçlarda hansı təcrübəni qazanmısınız? 

– Bəli, əlbəttə. Bu turnirin ən müsbət tərəfi və burada iştirakımızdan məmnunluq duymağımızın əsas səbəbi futbolçularımızın qazandığı təcrübədir. Çünki məşqçi kimi hazırlaşa və rəqiblərin oyunlarını izləyə bilərsiniz. Lakin əsas komanda ilə işləməklə gənc oyunçulara çalışmağın fərqi ondadır ki, gənc oyunçuların inkişafı üçün məhz belə təcrübələrə ehtiyac var. Məhz buna görə də oyuna nə qədər hazırlaşsanız və rəqibin nə edəcəyini əvvəlcədən bilsəniz belə, gənc futbolçulara təcrübə qazanmaq və səhvlərdən nəticə çıxarmaq imkanı verməlisiniz. Bu baxımdan, həmin oyunlar bizim üçün olduqca dəyərlidir. Hesab edirəm ki, komandamız bu üç oyun ərzində xeyli inkişaf edib. Əvvəlki cavablarımda da qeyd etdiyim kimi, qarşılaşmaların əksəriyyəti son dəqiqələrədək gərgin və mübarizəli keçib. Bu da onu göstərir ki, rəqiblərimizə layiqli müqavimət göstərmişik. Çempionlar Liqasının bu səviyyəsində iştirak bizə yerli çempionatda qazana bilməyəcəyimiz əvəzolunmaz təcrübə qazandırır.

Şahin Cəfərov 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri