Icma.az
close
up
RU
Bunu etsə etsə Qarabağ edər Avropa kuboku Azərbaycana gəlməlidir

Bunu etsə etsə Qarabağ edər Avropa kuboku Azərbaycana gəlməlidir

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem Apasport.az saytına müsahibə verib.

- Hazırda məşqçi kimi hansısa komandada işləyirsən?
- Hazırda heç bir klubda işləmirəm. Yeni mövsümü gözləyirik. Bizimlə maraqlanan bir neçə komanda var. Ciddi bir şey olarsa, onunla bağlı planlarımızı qurub, düşüncələrimizi dəqiqləşdirib, həmin kluba keçə bilərik.
- Azərbaycandan təklif var? Olsa, özünü bunun üçün hazır hiss edirsən?
- Azərbaycandan indiyə qədər hansısa təklif olmayıb. Amma ölkənizdə işləmək istədiyimi hər zaman demişəm. Futbolçu olaraq orada uğurlu olmuşam. Məşqçi olaraq da, korpusumla birlikdə Azərbaycanda uğurlu ola biləcəyimdən əminəm.

- "Qarabağ"ın sənin üçün doğma klub olduğunu bilirik. Böyük ehtimalla bu sezon da Premyer Liqanın çempionu onlar olacaq...
- Əlbəttə, "Qarabağ"ı daim izləyirəm. "Qarabağ"la yanaşı, ümumilikdə çempionatı da daim diqqətdə saxlayıram. "Qarabağ"ın liqada və kubokda çempionluğu artıq çox normal olmağa başlayıb. Məncə, bu, böyük klubların etdiyi işdir. Hər halda, "Qarabağ" bunu sona qədər haqq edir, buna layiqdir. İndidən mən də onları təbrik edirəm.

"Qarabağ"ın"Araz-Naxçıvan"la matçında Qurban Qurbanov çox əsəbi idi, hətta planşeti də sındırmışdı. Səncə, nəyə görə Qurban Qurbanov bu qədər əsəbi idi?
- Bəli, "Qarabağ"ın "Araz-Naxçıvan"a qarşı oyununu izlədim. Görüş zamanı bir neçə sərt epizodlar var idi. Rəqib futbolçuların sərt müdaxilələri bir neçə dəfə təkrarlandı. Heç bir məşqçi öz komandasının oyunçusunun zədələnməsini istəməz və təbii ki, əsəbiləşər. Bu da çox normal haldır. Hakimin orada nə etmək istədiyini mən də başa düşmədim. Amma bu tərz epizodlar hər liqada ola bilər, futbolun içində olan məsələlərdir.

- "Qarabağ" Premyer Liqada çempion olacağı təqdirdə, yeni sezon üçün Çempionlar Liqasında mübarizə aparacaq. Necə düşünürsən, Ağdam təmsilçisi ÇL-də əsas mərhələyə qədər irəliləyə biləcək?
- Məncə, "Qarabağ" yetərincə təcrübəyə sahibdir. Təbii ki, qruplara qalmaq üçün hər zaman heyətin gücləndirilib, genişləndirilməsinə ehtiyac var. Çünki çox güclü liqadan danışırıq. Məncə, onlar bu il indiyə qədər aldıqları təcrübədən də istifadə edərək, Çempionlar Liqasının əsas mərhələsinə qədər irəliləyəcəklər.

- Sabiq komandan Juninyo və Julio Romaonu itirsə də, Kadi Borgesi heyətinə qatmağı bacardı. Səncə, heyət yenə də güclənməlidir?
- Kadi Borgesin qayıdışı "Qarabağ" üçün pozitiv məqamdır. Çünki oranı yaxşı bilən, adaptasiya problemi yaşamayacaq biridir. Bunu da oyunlarda göstərir. Son görüşlərdə vurduğu qollar da buna sübutdur. Juninyo qalsa, daha da yaxşı olardı. Çünki o tərzdə forvardlar çox az-az tapılır. Amma klubun da bir siyaəsti var. Onun yerinə yenə də çox yaxşı və keyfiyyətli forvard gətirəcəklərini düşünürəm.

- Qarşıdakı illərdə "Qarabağ"ın ən azından Konfrans Liqasında final oynamaq perspektivini necə görürsən? Çünki bu sezon Konfrans Liqasında pley-off mərhələsində o qədər də güclü sayılmayan komandalar var idi...
- Son illərdə futbola baxsaq, hər şeyin real olduğunu görə bilərik. Yaxşı sistem qurulubsa, niyə də yox... O da "Qarabağ"da qurulub. Həmin sistem bu klubda neçə illərdir ki, işləyir. Ardıcıl neçə ildir ki, bu komanda avrokuboklarda çıxış edir və uğurlu da alınır. Məncə, Azərbaycana Avropa kuboku gətirmək ehtimalı çox realdır. Kuboku isə qarşıdakı illər ərzində Azərbaycana gətirə biləcək bir komanda var. O da "Qarabağ"dır.

Millimiz liderliyi əldən verib - YENİLƏNİB "Şahdağ Qusar" və "Şəfa" qələbə qazandı - I Liqaya yüksəldilər Aqil Nəbiyevin yetirmələri UEFA İnkişaf Turnirində iştirak edəcək “Azəryol” çempionluğun 1 addımlığında Eşqin Tağıyev mükafatlandırılıb
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://apasport.az
archiveBu xəbər 09 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri