Icma.az
close
up
RU
Bunu ilk dəfə Cəlil Cavanşir edib Heç yaddaşı ağrıyan insan gördünüzmü?

Bunu ilk dəfə Cəlil Cavanşir edib Heç yaddaşı ağrıyan insan gördünüzmü?

Icma.az bildirir, Kulis.az portalına istinadən.

Kulis.az Cəlil Cavanşirin haykuları haqqında ədəbiyyatşünas Sərvanə Dağtumasın yazdığı "Miniatür həyatın misraları" məqaləsini təqdim edir.


Yapon ədəbiyyatına məxsus hayku janrı həyatı, aləmi və təbiətlə insan arasındakı əlaqələri vurğulayan şeir formasıdır.
Müasir Azərbaycan ədəbiyyatında da haykulara rast gəlirik.

Cəlil Cavanşir hayku janrını özünəməxsus və fərqli şəkildə təkmilləşdirərək, ənənəvi Yapon şeir formasını ədəbiyyatımıza uyğunlaşdırmış, uğurlu nümunə yaratmağı bacarmışdır.
O, haykularında insanın daxili aləmini ustalıqla təsvir edir. Şair ənənəvi və müasir elementləri birləşdirərək, poeziyamızda yeni bir estetik dilin formalaşmasına xidmət edir. Cəlil Cavanşirin haykuları müasir poeziyamızın tendensiyalarını əks etdirir və oxucuya zəngin dəyər qatır.
Tədqiqat zamanı əsas diqqət hayku janrına və Cəlil Cavanşirin “Haykular” şeirlər silsiləsinə yönəlib.
Hayku (hokku, hayka) janrı yapon ədəbiyyatına məxsus qısa və lakonik şeir şəklidir, tankanın komponentidir, XVII əsrdə yaranan hayku janrı əvvəllər ziyalı təbəqənin əyləncə vasitəsinə çevrilmişdi. Hayku 3 misra və 17 hecadan ibarətdir, qafiyə sistemi sərbəstdir, misradaxili bölgü 5-7-5 şəklindədir. Haykularda anlıq duyğular, həyat müşahidələri, təbiət, quşlar, çiçəklər, fəsillər, (kigo) xüsusilə də, payız fəslinə daha çox yer verilir. Yaponlar payız fəslini çox sevirlər, çünki payızın melanxolik, depressiv və qapalı atmosferi yaponların ruh halına yaxındır.
Şair Başodan bir nümunə verək:
Köhnə gölməçə.
Gölə qurbağa sıçradı,
Sükut pozuldu.

Haykular Buddizm fəlsəfəsinin təsiri ilə formalaşıb. Bu janrın əsas mahiyyəti miniatür şeirlərin arxasında gizlədilən qapalı və sakral mənalardır. Oxucu həmin mənaları açmalı, mətndəki sözləri predmetlərlə assosiasiya etməlidir. Zen-buddizm fəlsəfəsi dərin olduğu üçün şeir nümunələrinin “kodlarını” deşifrə etmək çətindir.
Birinci misrada sanki suala yer verilir, ikinci misrada bu suala cavab verilməlidir. Əsas fikir üçüncü-sonuncu misrada ifadə olunur, şeir bütövlükdə tamamlanır, dərin mesajlar ötürür. Hokkularda mənalar çoxqatlıdır, hər kəs öz pəncərəsindən baxaraq, ruhani dünyasından boylanaraq, mətni şərh edir.
Bu janrın ilk nümunəsinə Dakrin məktəbinin nümayəndəsi olan yapon şairi İhara Saikakunun yaradıcılığında rast gəlinir. Haykularda insan anı yaşayır, təbiəti hiss edir, sükutun səsini dinləyir, sakitliyin sehrinə dalır, boşluğun dəyərini dərk edir.
Haykulara müasir Azərbaycan ədəbiyyatında da rast gəlirik. Belə ki hayku janrı XVII əsrdən XXI əsrə transformasiya olunur. Miniatür formada olan bu janrda emosiyaların, fərdi azadlığın və daxili aləmin poetik təsvirinə yer verilir.
İndiyə kimi tanış olduğumuz şeirlərə əsaslanaraq, deyə bilərik ki, milli poeziyamızda haykuların ilk nümunələrini Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Cavanşir yaradıb.
Şair və yazıçı Cəlil Cavanşirin “Haykular” şeirlər silsiləsi ədəbi yenilikdir. Ənənəvi haykudan fərqli olaraq, Cəlil Cavanşirin haykularında təbiətin təsviri ilə bərabər ekzistensial böhran, ruhani oyanış, keçmişdən gələn yüklər və sosial-psixoloji izlərə daha çox yer verilir. Şairin orijinallığı ilə seçilən haykularında kainat-insan münasibətləri, keçmişə bağlılıq, təbiətlə hisslərin paralellik təşkil etməsi, tənhalığın ontologiyası kimi mövzular öz əksini tapır.
Şairin bəzi haykuları ilə tanış olaq:
Laqeyd ulduzlar altında,
Təkcə qurbağalar oyaqdı.
Gölməçə susuzdur.

Şeirin ilk misrası gecənin təsviri ilə başlayır, burada insanın mənəvi gecəsi, tənhalığı və tükənmiş hissləri, kosmik sükutla ilahi sükutun təcəssümü əks olunur. Ulduzların laqeyd olması (İlahi qüvvə) həm kainatın insana qarşı, həm də insanın insana qarşı biganəliyinin metaforasıdır. Qurbağaların (həyat) oyanıq olması tənhalığı, daxili intibahı, ruhani oyanışı ifadə edir. Gölməçə (ruhun, hisslərin mənbəyi) susuzdur, çünki lirik qəhrəman tənha və depressivdir, emosional boşluq içərisindədir. Gölməçə lirik qəhrəmanın ruhu ilə identifikasiya edilir, o da susuzdur, mənəvi böhran və boşluq içərisindədir. (tükənmişlik sindromu) Gölməçə psixopoetik səviyyədə insanın duyğusal resurslarının ekvivalentidir.
Ruhun gölməçəsində sanki insanın hissləri donub. Lirik qəhrəmanın ekzistensial çırpınışları gölməçə ilə assosiasiya olunur. Həyat davam edir (qurbağalar oyaqdır), ancaq gölməçə (ruhun mənbəyi) quruyub, tükənib. Yuxarıdan baxan ulduzlar (Tanrı) isə bu vəziyyətə laqeyddir, soyuqqanlıdır, sadəcə baxır.
Siçanlar gəmirir döşəməni
Zülmətdə bomboz görünən,
Qonşumun tərkedilmiş evində.

Bu hayku keçmişdən gələn yükləri, arxaik yaddaşın izlərini, travmatik təcrübələri və insanın daxili qaranlığını ifadə edir. Siçanların döşəməni gəmirməsi həyatın tədricən bizi məhv etməsinə, xatırlamaq istəmədiyimiz yaşanmışlıqlara, mənəvi ağrılarımıza işarədir. Siçan basdırdığımız və üzləşmək istəmədiyimiz qorxularımızdır. (“kölgə” arxetipi) Zülmətdə (şüuraltı) bomboz görünən, (sönük yaddaş) qonşunun evi tərk edilib. (keçmiş səssizləşib, yadlaşıb) Tərk edilən ev şeirdə fiziki məkan olmaq anlayışından çıxır, keçmişin, yoxluğun metaforasına, metafizik məkana çevrilir. Ev toz basmış, tərk edilmiş “mən”dir. Hər kəsin belə “evi” var.
Ay aman!
Sevgiləri yalan dünyada
Hələ də çobanyastığı çiçəkləyir.

Bu hayku nümunəsi bədii təzadlarla zəngindir: cəmiyyət saxtadır, sevgi isə saf və müqəddəs. Bu dünya təmiz sevgilərin yaşanmasına layiq deyil. Bu yalan dünyaya saf sevgilər ağır gəlir. Sevgiləri də özləri kimi saxta olan insanların arasında hələ də saf hisslərə sahib, təmiz duyğularla sevən və sevilən insanlar qalıbsa, deməli bir ümid var. Yalan dünyada çobanyastığı (“sevir-sevmir” oyunu- saflıqla ümidin arxetipi) çiçək açır. (ruh dirçəlir) Deməli, dünya nə qədər saxta olsa da, saf hisslərlə sevən insanlar var, mövcuddur. Lirik qəhrəman bilir ki, dünya çirklənib, ancaq bütün bunlara baxmayaraq, içindəki o saf “uşağı” qoruyur, ona inanır.
Yağışın yağmağı azmış kimi,
Qızılgüllər də ləçəklərini tökür,
Quşları susmuş bağçada.

Haykuda yağış göz yaşının rəmzidir. Qızılgüllərin ləçəklərini tökməsi sevgidə dəyərlərin, hörmətin “solması”, “quruması” yox olması, emosional bağların qopmasını simvollaşdırır. Quşların bağçada (ruhani aləm) susması həyatın bitdiyinə işarədir. Lirik qəhrəmanımız tənha və melanxolik atmosferini qorumağa davam edir. Sanki qəhrəmanın yaşadığı acılara təbiət də şərikdir. Təbiət də onun bu halını görüb onunla empatiya qurur, onun yaşadığı əzablara ortaq olur, “ağlayır”, “solur”, “susur”.
Tənhalıq eynidir hər yerdə,
Külək əsəndə,
Qapıya qaçırsan.

Bizim tənhalığımız fiziki məkandan ibarət deyil, ontoloji və ruhani məkanla əhatə olunub. Qaçmaq, olduğun məkanı tərk etməyin heç nəyi dəyişmir, o boşluq sənin daxilində gizlənib. Hara getsən də, qəlbinlə və ağlınla birlikdə gedəcəksən. Külək əsir, qapını “döyür”, tənha insanın içindəki ümid işığı yanır. Lirik qəhrəman qapıya qaçır, daxili boşluğunu doldurmaq üçün çabalayır. Bir adam, bir xəbər ümidi ilə. (tənhalığın melanxoliyası) Haykuda lirik qəhrəmanın gündəlik həyat tərzi və ekzistensial əzabları ilə tanış oluruq.
İndi yanağımdan düşən göz yaşı
Bəlkə, on il sonra,
Yağacaq məzarımdakı çiçəklərin üstünə.

Haykunun bu misrası fəlsəfi-psixoloji qatları ilə seçilir. Şeirdə ölümdən sonrakı mərhələ metaforik şəkildə təsvir edilir. Lirik qəhrəman ölümü ilə iz qoymaq, öləndən sonra belə “yaşamaq”, yoxluğu ilə var olmaq istəyir. O əmindir ki, göz yaşını- yaşadığı əzabları, çəkdiyi acıları indi heç kəs görmür, təxmini bir zaman kəsiyində bir gün onun yaşadıqları ürəkləri yandıracaq, hafizələrdə iz qoyacaq. Heç yaddaşı ağrıyan insan gördünüzmü? Yaddaş da ağrıyar, əzab çəkərmi?!
Yağdı yaz yağışı,
Yudu yol kənarındakı,
Ağacın tozlu yarpaqlarını.

Haykuda təsvir olunan yağış bir növ mənəvi təmizlənmə ritualıdır. (katarsis) Yaz yağışı yağır, insan ruhən təmizlənir, yeni ümidlər dirçəlir. Həmin yağış yol kənarındakı, unudulmuş ağacın tozlu yarpaqlarını yuyur, yəni diqqət etmədiyimiz, kənarda, kölgədə qalmış yaşanmışlıqları “yeniləyir”, həyatımızın zamanla toz basmış hisslərini və xatirələrini “yuyaraq”, acı təcrübələri “təmizləyir”, “paklayır”.
Yağışdan islanmış sərçə balası,
Ac pişikdən gizlənir
İslaq kolun dibində.

Hayku varlıqla yoxluq arasındakı mübarizənin, ekzistensial savaşın ifadəsidir. Sərçə balası (insanın daxilindəki zəif və saf “uşaq”) ac pişikdən (“kölgə” arxetipi) gizlənir. İnsanın bu mübarizəsi instinktivdir. (id-eqo konflikti) Ac pişik metaforikdir, insanın qorxuları, ifadə edə bilmədiyi hissləri, travmalarının simvoludur, bir növ daxili düşməndir. Ac pişik bəzən bizə rəhm etməyən həyatdır, acı xatirələrdir.
Çay kənarında atılmış,
Uşaq ayaqqabısına qonur kəpənək.
Göz yaşını silir qadın.

Haykunun digər bəndində təbiətlə insan arasındakı münasibət və keçmişin duyğulara təsiri ifadə edilir. Uşaq ayaqqabısı çayın kənarına atılıb, hər şey tərk edilib, keçmişin izləri isə həmin ayaqqabıdır. Uşaq ayaqqabısı məsumiyyətin, itirilmiş uşaqlıq illərinin və keçmişin simvoludur. Kəpənək həmin ayaqqabıya qonur. (həyat müvəqqəti və həssasdır) Keçmiş hər zaman insanı kölgə kimi izləyir, sən sadəcə, həyatın hər yönü ilə barışıb, öz yoluna baxmalı, özünlə savaşmalısan. Sülh də, savaş da sənin qəlbində, ruhundadır.
Cəlil Cavanşirin ruhani-poetik axtarışlarının “məhsulu” hesab etdiyimiz “Haykular” şeirlər silsiləsi yapon ədəbiyyatı ilə Müasir Azərbaycan ədəbiyyatı arasında bədii körpü rolunu oynayır. Minimalist şeirlər yazan şair makro səviyyədə dərin mənalı şeirlər yaratmağı bacarmış, sükutun estetikası, hisslərin və tənhalığın poetikasını uğurla ifadə etmişdir. Hayku nümunələri kollektiv təcrübələrə əsaslanaraq, ədəbiyyatımızda yeni bir cığır açır.

Ümummilli lider Heydər Əliyevin doğum günüdür Hacı İsmayılov: "Dedi, çıxart ikinci rejissora 10 manat ver" - Müsahibə 7 ildir eyni dilənçinin qucağındakı körpə - Bu uşaq niyə böyümür?
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 May 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mercedes lər geri çağırılır Qəfil alışa bilərlər

28 İyun 2025 03:04see145

ABŞ nüvə obyektinə qarşı bunker bombalarından istifadə etməyib

28 İyun 2025 19:35see135

Tramp: Xameneini alçaldıcı ölümdən xilas etdim

27 İyun 2025 21:42see134

Tez bişən yemək RESEPTLƏRİ: 20 dəqiqəyə...

28 İyun 2025 05:06see132

Hyundai Rusiyaya çatdırılmanın yolunu tapıb...

27 İyun 2025 23:54see119

Ukraynada baş nazir postu uğrunda mübarizə gedir..?

27 İyun 2025 18:43see119

OMON dəstəsi azərbaycanlıların evinə basqın etdi: Ölən var

27 İyun 2025 22:50see119

Azərbaycan ABŞ iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 2 dəfə artırıb

28 İyun 2025 10:42see117

Hüseyn Böyükfırat vaxtsız gedən övladından yazdı FOTO

28 İyun 2025 23:43see117

Sergey Markov Yekaterinburq hadisələri ilə bağlı: Biz dəqiq araşdırma və rəsmi izahat gözləyirik

29 İyun 2025 01:43see117

İran MAQATE rəhbərini persona non grata elan etdi

27 İyun 2025 22:29see117

Tramp Yaxın Şərqdə yeni sistem formalaşdırır Kosaçev

27 İyun 2025 19:59see116

Lion dan qərar: Avropa Liqasında iştirak edəcək

27 İyun 2025 20:33see116

“Arsenal”ın futbolçusunun toy Fotoları

28 İyun 2025 09:38see114

Naxçıvanda məclis faciə ilə bitdi: Cibinə siqaret al, qoy deyən dostunu öldürdü

27 İyun 2025 22:25see114

Spirtli içki ailə faciəsinə səbəb oldu: Ərini bıçaqlayaraq öldürdü VİDEO

28 İyun 2025 21:08see113

Trampa Ali Məhkəmədən “yaşıl işıq”: ABŞ da doğulan hər kəs vətəndaş olmayacaq KONKRET

27 İyun 2025 20:51see113

Şuşanın turizm potensialı haqqında süjet hazırlandı Video

27 İyun 2025 22:08see111

Xoren Ovannisyan: II Qareginin iki qadından övladları var

28 İyun 2025 10:40see110

İranın zənginləşdirilmiş uranı harada gizlətdiyi məlum olub

28 İyun 2025 02:49see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri