Bunu Netanyahudan xahiş etdim Tramp
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahudan tammiqyaslı hərbi əməliyyatlara başlamamağı və bunun əvəzinə Livanda yalnız hədəfə alınmış əməliyyatlar aparmağı xahiş edib.
"Unikal" xəbər verir ki, Amerika lideri bunu "Axios"a verdiyi müsahibədə bildirib.
"Mən Netanyahuya dedim ki, o, daha cərrahi yolla hərəkət etməlidir. Binaları dağıtmamalıdır. O, bunu edə bilməz. Bu, çox dəhşətlidir və İsraili pis vəziyyətə salır", - deyə dövlət başçısı qeyd edib.
Xatırladaq ki, aprelin 14-də İsrail və Livan arasında birbaşa danışıqların ilk mərhələsi keçirilib. Tərəflər 10 günlük atəşkəs barədə razılığa gəliblər. Atəşkəs aprelin 17-də elan edilib.
Aprelin 22-də İsrail Müdafiə Qüvvələri (İMQ) şiə hərəkatı "Hizbullah"ı Livanda atəşkəsi pozmaqda ittiham edib. Bundan sonra Netanyahunun ofisi "Hizbullah hədəflərinə qarşı böyük zərbələr endirməyi əmr edib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 30 Aprel 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















