“Bunu Türkiyə ilə müzakirə etməmişik” Paşinyan viza möhüründəki təsvirdən danışdı
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan Baş naziri Nikol Paşinyan viza möhürlərindən Ağrı dağının təsvirinin silinməsi qərarına münasibət bildirib.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, Paşinyan belə bir məsələnin Ermənistan və Türkiyə arasında heç bir danışıqda müzakirə olunmadığını deyib.
“Viza möhüri ilə bağlı məsələ bir neçə ay əvvəl Türkiyənin xüsusi nümayəndəsinin səfərinə dair heç bir nəzəri imkan və ya razılaşma olmadığı zaman qaldırılıb. Ümumiyyətlə, belə bir məsələ Ermənistan və Türkiyə arasında heç bir danışıqda müzakirə olunmayıb və müzakirə edilə bilməz”, - Paşinyan bildirib.
O vurğulayıb ki, bunu “dövlətin davamlılığını təmin etmək strategiyası olduğu üçün edirlər”.
Qeyd edək ki, Ermənistan hökuməti viza möhürlərindən Ağrı dağının təsvirini silmək qərarı verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 18 Sentyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















