Icma.az
close
up
RU
“Bunun nəslində kişi yoxdur, çıxsın desin ki, bu uşaqları haradan doğdun?”

“Bunun nəslində kişi yoxdur, çıxsın desin ki, bu uşaqları haradan doğdun?”

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanların ən çox tənqidə uğrayanları şou-biznesdəki bir sıra qadın müğənnilərdir. Bir-birinə baxaraq, həvəslənən, ard-arda plastik, estetik əməliyyatlar üçün bıçaq altına yatan şou-biznes nümayəndələri əksər hallarda cəmiyyətin qınağına tuş gəlirlər. 

Ən əsası isə bədənşəkilləndirmə əməliyyatından çıxaraq, dar, cazibədar libasda səhnəyə atılan ifaçıların bəzi davranışları, qonaqlara bədən fiquralarını nümayiş etdirmələri birmənalı şəkildə kəskin tənqid hədəfinə çevrilib.

Bəs bu qədər qınağa rəğmən onları şənliklərə, toy məclislərinə çağıran kimlərdir?

Müğənni Afət Fərmanqızı “Yeni Sabah”a açıqlamasında deyib ki, əgər insanlar belə məsələləri tənqid edirsə, alqışlayır, nəhayət ki, ayılıblar:

“Mən bununla bağlı bir cümlə deyəcəm. Ümumiyyətlə, sözüm konkret kiməsə deyil, amma ümumi danışıram ki, hər ailə özünün əxlaqına uyğun müğənniyə qulaq asır. Kim necədirsə, onun əxlaqına da o cür müğənni uyğun gəlir. Ona görə də zövqlər müxtəlifdir. Kimin əxlaqı necədirsə, müğənnisi də o cürdür.

Məsələn, mən heç o bədən şəkilləndirməni də kənara qoyuram. Ən müqəddəs gündə ailələrində xeyir-duanı kim verir? Başqasının ərindən “bicdoğan”. Qız-qız ərə getməyib ata evində, bir qardaş, ata, nə bilim, nəslində kişi yoxdurmu, çıxsın desin ki, sən bu uşaqları haradan doğdun? Ədəb-ərkanla ərə getmədin, telli-duvaqlı ərə getmədin. 

Bilirsən, qardaşın altına maşını qoyur, cibinə pulu qoyur, danışa bilmir. Namus-qeyrəti kənara atır, görməzdən gəlir. Bax, bundan danışmaq lazımdır. Yerdən qalxan qızlara da pis nümunədir, pis örnəkdir. Bir balaca çətinə düşən kimi dərs oxuyub normal təhsil alıb, yaxşı bir müəllimə, yaxud həkim olmaq əvəzinə görürsən ki, müğənnilərin sayı günü-gündən artır. Niyə? Asan qazanc yoludur. Deyir, gedib bədən şəkilləndirəcəm, bir evli kişi tapacam, bəzilərinin yolu ilə gedəcəm, sonra uşaq doğub həmin uşaqlarla şantaj edəcəm. Deyəcəm ki, bu uşaqları hara buraxırsan? Bax, belə yollarla əllərində saxlayırlar.

Mən isə tam əksinə istəyərdim sizdən – yazın ki, onlar 6 min dollara, 10 min dollara toya gedirlər. Onları toya aparan kimdir? Elə özlərinə layiq adamlar. Halbuki bizim səhnədə o qədər əxlaqlı müğənnilər var ki… Vallah, mən utanıram müğənni olduğumu deməyə. Əgər belə davam edərsə, özümə başqa iş quracam və səhnədən gedəcəm. Çünki belə əxlaqsız, belə bicdoğanların ucbatından sənətimiz dəyərdən düşür.

Bizim vaxtımızda belə şey eşidilməzdi. 10 ildən bir olardı ki, filankəsin qızı ərə getmədən ata evində hamilə qaldı, pıçıltı ilə danışardılar və ona heç kim salam verməzdi. İndi isə bunu efirdən təbliğ edirlər. Sosial şəbəkələrdə gözümüzə soxurlar. Niyə?”

Müsahibimiz onu da qeyd edib ki, həmin kəslərə görə artıq öz sənətindən utanmağa başlayıb:

“Şəxsən mən, müğənni olduğumu deməyə bəzilərinə görə utanıram. Axı bu sənət gözəl sənətdir. Bu sənətdə nümunəvi xanımlarımız çoxdur, Allah onları qorusun. Məsələn, Elnarə Abdullayeva – həm sənəti, həm də əxlaqı ilə seçilən xanım. Gülyaz xanım, Gülyanaq xanım – belə adlar çoxdur. Çağırın onları, 10-20-50 min verin beləsinə. Düzdür, muğam oxuyanların arasında daha çox nümunəvi xanımlarımız var. Amma şou-biznesdə də var, tapmaq olar. Şou-biznesdə də gözəl xanımlarımız mövcuddur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Sentyabr 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri