Icma.az
close
up
RU
Bunun üçün Trampa Putinin xeyir duası lazımdır

Bunun üçün Trampa Putinin xeyir duası lazımdır

Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Qüdrət bəy, ADA-da siyasi ekspertlərlə görüş zamanı Prezident İlham Əliyev maraqlı açıqlamalar verdi, xüsusilə Ukrayna ilə bağlı. Bu barədə fikirlərinizi bilmək istərdik…

– Bu formatda tədbirlərin keçirilməsi və Azərbaycan Respublikası Prezidentinin regional və beynəlxalq məsələlərə dair ölkəmizin mövqeyini bildirməsi çox əhəmiyyətlidir. Ukrayna ilə əlaqədar Prezident haqlı olaraq söylədi ki, bu problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Ya Ukrayna kapitulyasiya aktına imza atıb Rusiyanın şərtlərini qəbul etməli, ya da Rusiyanı öz ərazisindən güc tətbiq etməklə çıxarmalıdır. Buna nümunə kimi Prezident Xorvatiyanı və ölkəmizi misal çəkdi. Amma Ukraynanın bunu etməsi çox çətindir. Çünki Rusiya nüvə dövlətidir və Ukrayna ilə müqayisədə çox güclüdür. Rusiyanı yalnız ABŞ digər NATO-ya üzv olan dövlətlərlə birlikdə müharibəyə girməklə dayandıra bilər. Bu isə qeyri realdır. Ona görə müharibə hələ bir müddət davam edəcək. Tramp açıq formada olmasa da Putinin qələbəsi üçün mümkün olan hər şeyi edəcək. Amma bunu elə formada edəcək ki, ona impiçment elan olunmasın. Ən azı bunu ona görə edəcək ki, Putin onun sağ qalması üçün dua edib. ABŞ-də Tramp və Baydendən fərqli, Rusiyadan qorxmayan, hərdəmxəyal və impulsiv olmayan, müstəqil, gücə və pula təzim etməyən, güclü siyasi iradəyə malik, təmkinli və müdrik bir şəxs prezident seçilsə nəsə dəyişə bilər.

– ABŞ Azərbaycana münasibətini dəyişə bilərmi?

– Bir dəfə müsahibələrimin birində demişdim ki, bunun üçün Trampa Putinin xeyir-duası lazımdır. Trampın ətrafında erməni diasporasına bağlı çoxlu adamlar var. Hər şey ABŞ-Rusiya danışıqlarının nəticəsindən asılı olacaq.

– Prezident söylədi ki, sülh sazişi imzalanmayıbsa deməli Ermənistanla müharibə təhlükəsi qalır. Bu ehtimal nə qədər böyükdür?

– Biz sülh istəyirik, daha ədalətli olar ki, onu müharibədə qalib gəlmiş İlham Əliyev imzalasın. Amma Ermənistanı Vətən müharibəsinə qədər onun üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamağa qoymayıblarsa, indi heç vaxt qoymazlar. Çünki bu onun iradəsindən yox, böyük güclərdən asılıdır. Ona görə sülh üçün biz, danışıqları böyük dövlətlərlə aparıb onları buna razı salmalıyıq. Müttəfiqləri Ermənistanı silahlandırır, erməni ordusuna təlim keçir və Ukraynada müharibənin sonunu gözləyirlər. Çünki müharibə vəziyyəti qaldıqca tərəflərə silah satmaq və təsir etmək imkanları da qalır. Biz yalnız Ermənistana qarşı yox, dünya erməniliyinə və xristian həmrəyliyindən çıxış edən böyük güclərə qarşı dayanmışıq.

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:185
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Aprel 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see307

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see304

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see295

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see265

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see260

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see252

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see248

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see243

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see241

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see218

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see216

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see216

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see215

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see212

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see202

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see194

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri