Bununla əməliyyat zamanı qanaxma riski və qan itkisi azalacaq
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
"Robotik cərrahiyyədə istifadə olunan cihaz robot olsa da, analitik təhlil, xəstənin vəziyyətinin dəyərləndirilməsi və əməliyyatla bağlı son qərarlar həkim tərəfindən verilir".
Milli.Az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada ilk robotik cərrahi əməliyyatın icrasına daid brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, robotik cərrahiyyənin əsas üstünlükləri əməliyyat zamanı qanaxma riskinin və qan itkisinin azalması, daha az travmatik olması və cərrahi prosesin yüksək həssaslıqla idarə edilməsidir:
"Robotik cərrahiyyə ilə aparılan əməliyyatlarda bir çox hallarda açıq və ya laparoskopik üsullarla əldə etdiyimiz nəticələrdən qat-qat yüksək effektlər müşahidə olunur. Bu xüsusilə onkoloji xəstəliklərdə şiş toxumasının çıxarılması ilə bağlı əməliyyatlarda özünü göstərir. Digər cərrahi müdaxilələrdə də effektiv nəticələr əldə olunur".
O əlavə edib ki, texnoloji üstünlüklərə baxmayaraq, əməliyyatın icrası zamanı son qərar yenə də həkimə məxsusdur və bütün məsuliyyəti də həkim daşıyır.
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 22 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















