Icma.az
close
up
RU
Bununla kifayətlənmək istəmirik daha artığını hədəfləyirik Qurban Qurbanov

Bununla kifayətlənmək istəmirik daha artığını hədəfləyirik Qurban Qurbanov

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

"Növbəti mərhələyə keçdik və ümumilikdə oyundan razı qaldım. Futbolçularıma ciddi irad bildirə bilmərəm, onlar meydana maksimumlarını qoydular".

"Football-plus.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə İrlandiya "Şelburn"una 1:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, bəzi çatışmazlıqlar olsa da, bunların üzərində işləniləcək:

"Rəqib güclü idi, qalib gəlməyimizə baxmayaraq oyunun bir çox hissəsində üstünlük göstərməyə çalışır, aqressiv şəkildə hücum edirdilər. Azarkeşlərimizə təşəkkür edirəm. Onları stadionda bu qədər çox görmək çox sevindirici haldı. Bu, bizim üçün böyük motivasiyadı və bizə əlavə güc verir”.


Qurbanovun fikrincə, yeni transferlər məşqlərdə pis təsir bağışlamırlar, amma tam adaptasiya üçün bir neçə oyuna ehtiyac var:

"Kollektivə tam uyğunlaşmaları zaman alacaq. Ümumilikdə isə hər şey normaldı və proses plan üzrə gedir".


O, transferlər etmələrinin vacibliyini açıqlayıb:

Hazırda əlimizdə konkret bir xəbər olmasa da, transfer istiqamətində işlərimiz davam edir. Komandamıza yeni futbolçu qatmaq istəyirik və son transfer gününə qədər bu yöndə əlimizdən gələni edəcəyik. Mütləq şəkildə transferlər etmək niyyətindəyik. Komandamızın güclənməsi üçün bu proses üzərində ciddi şəkildə çalışırıq".


Baş məşqçi Kadi Borgesin penaltini dəqiq yerinə yetirə bilməməsinə də reaksiya verib:

"Kadinin zərbəsindən hiss olunurdu ki, qapıçını aldatmağa çalışırdı, amma bu dəfə əksinə oldu – qapıçı onu aldatdı. Bu kimi epizodlara görə üzərinə çox getmək düzgün olmaz. Futbolda hətta ən güclü oyunçular belə penalti qaçırır. Vacib olan odur ki, komandamızda penalti zərbələrini inamla yerinə yetirə biləcək bir neçə futbolçu var. Hər bir halda futbolçular penalti zərbələrinə ciddi yanaşmalıdırlar. Bu epizodlar oyunun taleyini dəyişə bilər, ona görə də məsuliyyət və diqqət ön planda olmalıdı. Kadi universal futbolçudu, karyerası ərzində bir neçə mövqedə çıxış edib. Biz də ondan ehtiyac duyduğumuz mövqedə rahatlıqla istifadə edə bilərik".


Qurbanov mərkəz müdafiəçisi mövqeyində Kevin Medinanın əvəzinə yeni transfer Sami Mmaeni buraxmasını belə şərh edib:

"Medinanı əvəz etməklə Mmae üçün daha əlverişli şərait yaratmaq istəyirdik. Bu dəyişiklik oyunun axarına və taktiki düzülüşə uyğun olaraq planlaşdırılmışdı".


O, "Araz-Naxçıvan"a keçən Patrik Andrade barədə də danışıb: "Patrik mənim taktiki planlarıma uyğun, düşündüyüm futbolu yaxşı icra edən futbolçulardan biri idi. Ola bilsin ki, komandada müəyyən dəyişikliklərə ehtiyac yaranır, bu cür qərarlar isə klubun ümumi strategiyası çərçivəsində qəbul edilir".
Təcrübəli mütəxəssis "Qarabağ"ın hazırlığının hələ tam istənilən səviyyədə olmadığını etiraf edib. Lakin onun fikrincə, futbolçular bu mərhələ üçün lazım olan gücü ortaya qoyublar.
Baş məşqçi ardıcıl 12 ildir avrokubokların əsas mərhələlərinə vəsiqə qazanmalarına da diqqət çəkib:

"Bu, həm sabitlik göstəricisidi, həm də klub olaraq sistemli işimizin nəticəsidi. Amma biz bununla kifayətlənmək istəmirik – daha artığını hədəfləyirik. Maksimum nəticə nədisə, onu əldə etmək istəyirik. Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansımız varsa, bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik".


Qurbanov bununla yanaşı, ölkədə futbola olan marağı artırmaq, insanları Azərbaycan və “Qarabağ” adı altında birləşdirərək futbolun ətrafında toplamaq istədiklərini dilə gətirib:

"Bu, təkcə bugünkü nəticələr üçün deyil, gələcəyin futbolçularının yetişməsi üçün də böyük motivasiyadır. Uşaqlar, onların valideynləri üçün belə nümunələrin olması futbolun inkişafında xüsusi rol oynayır. Avropada oynamaq asan deyil. Orada futbol çox yüksək səviyyədədi. Lakin bizim də daha yaxşı infrastrukturumuz, müasir meydançalarımız və daim dolu tribunalarımız olsa, Azərbaycan futbolu daha sürətlə inkişaf edər. Biz bu inkişafa töhfə vermək üçün çalışırıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 İyul 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see584

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see239

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see238

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see226

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see209

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see203

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see186

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see161

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see152

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri