Bura Sibir deyil! Azərbaycanlıların yaşadığı bölgədən ecazkar GÖRÜNTÜLƏR
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin Çıldır gölünün sahillərini buz bağlayıb.
Modern.az-ın məlumatına görə, Qars və Ərdahan vilayətlərinin sərhədində yerləşən göl 123 kvadrat kilometr sahəyə malikdir.
Çıldır gölü bölgənin əhəmiyyətli turistik yerlərindəndir.
Gölün səthi qışd tamamilə donur. Ətrafda eskimos üslubunda balıq ovu edilə bilən ərazilər mövcuddur.
Gecələr havanın temperaturu bəzən 20 dərəcə şaxtaya qədər enir.
Bu günlərdə Çıldır gölünün bir hissəsi donub.
Gölün Qars tərəfində küləyin təsiri ilə sahilə dəyən dalğalar ətrafı buzla örtüb.
Sahildəki ağaclar, bitkilər, "besedkalar", stol-stullar, qayıqlar tamamilə donduğu üçün ərazi Sibiri xatırladır.
Qeyd edək ki, gölün yaxınlığında yerləşən ərazilərdə əsasən azərbaycanlılar məskunlaşıb.




Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 22 Dekabr 2024 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















