Burada axmaqlar yoxdur, niyəsini özləri bilirlər Xosep Qvardiola
Fanat saytına istinadən Icma.az xəbər verir.
Bütün turnirlərdə ardıcıl 7 oyundur ki, qələbə qazana bilməyən "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə təmsilçisinin "sükanı arxası"nda keçirdiyi dönəmin karyerasında ən yaxşı olub-olmadığı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "şəhərlilər"in rəsmi saytı onun sözlərini belə çatdırıb:
"Artıq 9 ildir ki, "Mançester Siti"dəyəm və bu, çox şey deməkdir.
"Barselona" xüsusi idi. Çünki orada öncə topdaşıyan, daha sonra futbolçu, ardından ürəyimin komandasının baş məşqçisi olmuşam. Onlar çox şeydə müqayisəolunmazdırlar. Eləcə də şəhərin və klubun mentalitetini nəzərə alsaq, "Bayern Münhen" kimi nəhəngi çalışdırmışam. "Bayern" bütün aspektlərdə rəqabətədavamlıdır... Orada çox şey öyrəndim.
Hərçənd "Siti"də 9 ildir işləyirəm, çünki burada çox şeydə sabitlik tapmışam və bu, özümü yaxşı məşqçi hesab etməyimə yardımçı olub. Niyə uzun müddətdir buradayam? Burada axmaqlar yoxdur, niyəsini özləri bilirlər. Çox qələbələr qazanırıq. İnsanlar qələbə qazandığımız üçün mənə inanırlar".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 04 Dekabr 2024 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















