Burak Özçivit qadın pərəstişkarı ilə şəkil çəkdirmək üçün bir milyon dollar alıb? Modeldən açıqlama
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məşhur türkiyəli aktyor Burak Özçivitin tədbir üçün Qətərə səfəri zamanı qadın pərəstişkarlarından biri ilə şəkil çəkdirməsi müqabilində bir milyon dollar aldığına dair yayılan xəbərlərə aydınlıq gətirilib.
Bu barədə Oxu.Az "Habertürk" nəşrinə istinadən xəbər verir.
Qeyd edək ki, ərəb ölkələrində olduqca məşhur olan Burak Özçivitlə bağlı ötən gün səsləndirilən bu iddia sosial mediada geniş müzakirə olunub. Həmçinin bununla bağlı video da sosial şəbəkələrdə yayılıb.
İddiaya görə, aktyorla şəkil çəkdirmək üçün pərəstişkarı olan qadın ona bir milyon dollar (36 milyon 114 min lirə) pul ödəyib.
Burak Özçivit məsələ ilə bağlı açıqlama verməyib və səssiz qalıb. Onunla şəkil çəkdirən qadının isə model Aynura Daudova olduğu üzə çıxıb.
Aynura Daudova öz "Instagram" hesabında məsələ ilə bağlı açıqlama verib və xəbəri təkzib edib.
"Bu, yalan məlumatdır", - deyə o bildirib.
Qeyd edək ki, modelin "Instagram" hesabında onun "Miss Princess Of The Universe 2022" və "Miss World Next Top Model 2023" müsabiqələrinin qalibi olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 13 Fevral 2025 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















