Burak Yılmaz “Çorum FK”da qələbə seriyasını davam etdirir
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Super Liqasının səkkizinci turunda “Çorum FK” doğma meydanda “Çaykur Rizespor”u 2:1 hesabı ilə məğlub edib. Komandanın yeni baş məşqçisi Burak Yılmaz ardıcıl ikinci qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Çorum Şəhər Stadionunda keçirilən qarşılaşmada hesabı qonaqlar açıblar. 32-ci dəqiqədə Laçi fərqlənib.
Lakin meydan sahibləri altı dəqiqə sonra tarazlığı bərpa ediblər. 38-ci dəqiqədə Cengiz Ünder hesabı bərabərləşdirib. İlk hissə 1:1 hesabı ilə yekunlaşıb.
Görüşün taleyini 80-ci dəqiqədə Yussufa Mukokonun vurduğu qol həll edib.
Yeddinci turda Uğur Uçarın yerinə baş məşqçi təyin olunan Burak Yılmaz yeni komandasında keçirdiyi hər iki oyundan qalib ayrılıb.
Bu nəticədən sonra “Çorum FK” səkkiz matçda dördüncü qələbəsini qazanaraq 13 xalla altıncı pillədə qərarlaşıb. “Çaykur Rizespor” isə 10 xalla onuncu sırada qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 16 Oktyabr 2026 23:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















