Buraxdığımız ikinci ql bizi sındırdı Şimal ın baş məşqçisi
Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
1-ci Liqanın 5-ci turunda səfərdə "Mingəçevir"lə qarşılaşan debütant "Şimal" 1:3 hesabı ilə məğlub oldu. Qonaqların baş məşqçisi Tural Cəlilovla əlaqə saxlayıb rəqib meydanında aldıqları yenilgi barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Matça ciddi hazırlaşmışdıq. Bizi iddialı rəqiblə çətin mübarizə gözlədiyini bilirdik. "Mingəçevir"in yaxşı heyətə, xüsusilə, effektli hücum xəttinə malik olduğundan xəbərdar idik. Hesabı açandan sonra ikinci qolu da vura bilərdik. Təəssüf ki, top dirəkdən qayıtdı. Ardından iki dəqiqəyə iki top buraxdıq. Buraxdığımız ikinci qol bizi "sındırdı". Bir qədər həvəsdən düşdük, geridönüş edə bilmədik. Ümumi baxsaq, uşaqlar rəqib meydanında pis mübarizə aparmadılar. "Mingəçevir"i təbrik edirəm. Qələbəyə layiq idilər".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 17 Oktyabr 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















