Icma.az
close
up
RU
Buraxılış imtahanında maksimum bal toplayan şagird uğurunun sirrini açıqlayıb VİDEO

Buraxılış imtahanında maksimum bal toplayan şagird uğurunun sirrini açıqlayıb VİDEO

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncə, 18 aprel, Elcan Məmmədov, AZƏRTAC

Ölkəmizdə martın 9-da keçirilmiş buraxılış imtahanında maksimum bal toplayan şagirdlərdən biri də Gəncə şəhəri 26 nömrəli Fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin şagirdi Nəzrin Abbasovadır.

AZƏRTAC-ın bölgə müxbiri şagirdlə həmsöhbət olmaq üçün onun təhsil aldığı məktəbə yollanıb.

Əvvəlcə məktəbin direktoru Vüsalə Səfərova ilə görüşdük. Bildirdi ki, martın 9-da keçirilmiş buraxılış imtahanında 113 məzundan 22-si 200 baldan, 7-si 250 baldan yuxarı, 1 nəfər – Abbasova Nəzrin Seymur qızı isə maksimum nəticə göstərib.

Şagirdlə söhbət edərkən necə sevindiyi elə üzündən görünürdü. Nəzrin bu uğurunun təsadüfi olmadığını deyir: “Uğurumun sirrini özünə inamlı olmaqda, dərslərə əzm və iradə ilə çalışmaqda görürəm. Əyləncə və digər fəaliyyətlərə az vaxt ayırmalı, özümüzə hər zaman inanmalıyıq. Şəxsən mən dərslərimə gündəlik 6-7 saat vaxt ayırırdım. Bəzi zamanlar bu, yuxu rejimimə belə təsir edirdi”.

Hədəfinin gələcəkdə “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil almaq olduğunu bildirən Nəzrin işğaldan azad edilən torpaqlarımızın inkişaf etdirilməsinə öz töhfəsini vermək istədiyini də diqqətə çatdırıb.

Nəzrinin anası Günel Abbasova övladı ilə fəxr etdiyini söyləyərək, bu nəticəni gözlədiyini deyib. O, qızının müəllimlərinə öz minnətdarlığını çatdıraraq, onların əziyyətlərini xüsusi qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Aprel 2025 00:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri