Icma.az
close
up
RU
Buraxılış imtahanında plagiat sual aşkarlandı FOTO

Buraxılış imtahanında plagiat sual aşkarlandı FOTO

Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Martın 2-də keçirilən buraxılış imtahanında plagiat sual aşkarlanıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədli bildirib.

O, qeyd edib ki, Dövlət İmtahan Mərkəzi (DİM) hər il buraxılış və qəbul imtahanlarında iştirak edən abituriyentlərdən yüksək xidmət haqqı tələb edir. Rəsmi açıqlamalara görə, bu ödənişlər sualların hazırlanması, ekspertizası, yoxlanması və digər texniki xərclərə sərf olunur.

“Lakin martın 2-də keçirilmiş buraxılış imtahanında istifadə olunan riyaziyyat suallarından biri ingilis dilli mənbədən götürülüb.

Bu, DİM-in iddia etdiyi kimi sualların böyük əmək və vəsait hesabına hazırlandığını ciddi şəkildə sual altına qoyur. Əgər sualların hazırlanmasına bu qədər yüksək vəsait ayrılırsa, niyə eyni sual xarici mənbədən götürülərək olduğu kimi təqdim edilir? DİM bu sualın müəlliflik hüququnu əldə edibmi, yoxsa sadəcə internetdən götürüb? Əgər belədirsə, abituriyentlərdən tələb olunan 45-50 manat xidmət haqqı konkret nəyə sərf olunur?

Yuxarıdakı şəkillərdən də göründüyü kimi, sualın ingilis versiyası tam eyni məzmunla xarici mənbədən götürülüb. DİM-in təqdim etdiyi sual isə sadəcə Azərbaycan dilinə tərcümə edilib və abituriyentlərə təqdim olunub. Bu halda, sualın hazırlanması üçün ekspertlərə və ya tədqiqatçılara hansı əməkhaqqı ödənilir? Bu sualı DİM-in əməkdaşları özləri hazırlamayıbsa, o zaman onların bu sahədəki fəaliyyətinin mahiyyəti nədən ibarətdir?

Bu hadisə DİM-in imtahanlara yanaşmasında sistematik problemlərin olduğunu açıq şəkildə göstərir:
• İmtahan binası pulsuz verilir – Məktəblər və universitetlər DİM-in imtahan keçirməsi üçün xüsusi bina və auditoriyaları pulsuz təqdim edir. Yəni icarə haqqı yoxdur.
• Suallar özəlləşdirilmiş, yaradıcı iş deyil – Sualların hazırlanmasına xüsusi əmək sərf edildiyi iddia olunur, amma real vəziyyət fərqlidir: suallar internetdən və xarici mənbələrdən köçürülür.
• Ekspertlərə ödənişlərin məntiqi sual altındadır – DİM ekspertlərə yüksək əməkhaqqı ödədiyini iddia edir. Əgər suallar sadəcə internetdən götürülüb tərcümə edilirsə, bu əməkhaqqılar hansı xidmətə görə ödənilir?
• Abituriyentlərdən yüksək ödəniş alınır – 50 manata yaxın xidmət haqqı tələb olunur, amma bunun qarşılığında heç bir orijinal və yaradıcı iş təqdim edilmir. Əgər DİM internetdən pulsuz əldə olunan materialları istifadə edirsə, o zaman bu ödəniş hansı əsasla tələb olunur?

Təhsil sahəsində şəffaflıq və dürüstlük əsas prinsiplərdən biridir. İmtahan sistemində hər hansı yanlışlıq və ya manipulyasiya abituriyentlərin gələcəyinə təsir edir. DİM abituriyentlərə şəffaf və ədalətli imtahan keçirdiyini iddia edirsə, bu cür sual oğurluqları ciddi etik problemlər yaradır.

Hökumət və təhsil ictimaiyyəti bu məsələ ilə bağlı aydınlıq gətirməli və DİM-in hansı əsaslarla bu xidmət haqqını müəyyən etdiyi barədə hesabat tələb olunmalıdır. Əgər bu xidmət haqqı sual hazırlanması üçün nəzərdə tutulubsa, o zaman DİM plagiat faktını necə izah edir?

Məsələ sadəcə bir sualın internetdən götürülməsi deyil. Burada daha geniş bir problem var: DİM imtahan iştirakçılarından yüksək xidmət haqqı tələb edir, lakin qarşılığında plagiat suallar təqdim edir. Bu yanaşma həm abituriyentlərə, həm də onların ailələrinə qarşı qeyri-etikdir.

DİM bu məsələyə aydınlıq gətirməli və sualların mənbəyini açıqlamalıdır. Əgər suallar xarici mənbədən götürülürsə, o zaman abituriyentlərdən yığılan yüksək ödənişlər hansı əsasla haqlı sayılır? Təhsil ictimaiyyəti və hökumət bu məsələyə müdaxilə edərək DİM-in fəaliyyətinə nəzarəti gücləndirməlidir.

Bu cür hadisələr Azərbaycan təhsil sisteminə olan ictimai etimadı sarsıdır. Əgər ölkənin əsas imtahan təşkilatı belə bir yolla suallar təqdim edirsə, bu, təhsil siyasətində daha böyük problemlərin olduğunu göstərir. DİM öz fəaliyyətini şəffaflaşdırmalı, ictimaiyyətə hesabat verməli və abituriyentlərdən alınan ödənişlərin necə xərcləndiyini izah etməlidir”.

Dəniz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 03 Mart 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri