Icma.az
close
up
RU
Buraxılış imtahanlarında dinləmə problemi yaranıb: Müəllimlər də, valideynlər də, məzunlar da narazıdır

Buraxılış imtahanlarında dinləmə problemi yaranıb: Müəllimlər də, valideynlər də, məzunlar da narazıdır

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tam orta təhsil səviyyəsi (11 illik ) üzrə buraxılış imtahanları geridə qaldı. İmtahan nəticələri aprelin ortalarında açıqlanacaq. Elə həmin günlərdə ümumi orta təhsil səviyyəsi (9 illik) üzrə imtahanlar baş tutacaq.

Bizimyol.info xəbər verir ki, buraxılış imtahanlarında 55 nəfər rekord nəticə əldə etmişdi. Yəni 300 bal toplanmışdı. Bu il rekordu təzələmək asan olmayacaq. Çünki tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları problemsiz keçməyib.

Sosial platformalarda repetitorluqla məşğul olan ingilis dili müəllimləri dinləmə metodunun uğursuzluqla həyata keçirilməsindən narazıdırlar. Ülviyyə Məmmədova yazır ki, onun imtahana hazırlaşdırdığı qabiliyyətli şagirdlər xarici dil kateqoriyası üzrə 100 bal toplamaq imkanından məhrum olublar.

“Listening” ya yığışdırılmalı, ya da dogru-düzgün şəkildə individual qulaqcıqlarla təmin olunmalıdır. Kustar üsulla “listening” kecirib uşaqların taleyi ilə oynamaq olmaz. İmtahandır və bu uşaqlar bal yığmalıdırlar”.

Müəllimlər buraxılış imtahanlarında baş vermiş ciddi nöqsanları ictimailəşdiriblər. Elvira Səfərəliyeva bildirir ki, dinləmə məsələsi son illər çox bərbad təşkil olunur: “Səsucaldan o qədər keyfiyyətli, guclu olmalıdır ki, butun auditoriya dinləyə bilsin. Sonuncu sıralarda əyləşən şagirdlər eşidə bilmirlər. Ölçü götürülməlidir”.

Valideynlər də narazılğını bildirir. Hicran Əlizadə qeyd edib ki, qızı imtahanda dinləmə materialında deyilənləri texniki nöqsan üzündən yaxşı eşidə bilməyib, buna görə suallardan birində səhv edib. Zakir Əlibəyov da övladının uğursuzluğuna görə Dövlət İmtahan Mərkəzini qınayıb.

Məzunlardan Aytac Eyvazlı dinləmə materialının keyfiyyətsiz hazırlandığını yazıb. Abituriyent buna görə xal itirəcəyini təəssüflə qeyd edib.

Yazılanlara görə, bölgələrdə daha böyük problem olub. Bəzi yerlərdə səsucaldıcıda nasazlıq yaranıb, nəzarətçi imtahan iştirakçılarına suallara birtəhər cavab verməyi tövsiyə edib.

Dinləmə materialı 5 sualı əhatə edir. Buna çox ciddi yanaşmaq lazım idi. Dövlət İmtahan Mərkəzi məsuliyyətsizliklə imtahan iştirakçılarının zəhmətini yerə vurur. Prosesi təşkil edə bilmirlərsə, onda dinləmə mərhələsi ləğv olunmalıdır.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri