Buraxılış və Azərbaycan dili imtahanının nəticələri elan olundu
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sentyabrın 7-də cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün keçirilən imtahanının, eyni zamanda Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.
Ölkə.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
İmtahanda iştirak edən şagirdlər bu linkə daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
Azərbaycan dili (dövlət dili kimi) imtahanının iştirakçıları isə buradan imtahan nəticələrini öyrənə bilərlər.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək.
Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 15 sentyabr saat 10:00-dan 16 sentyabr saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 Sentyabr 2025 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















