Bürclərə uyğun avtomobil markaları açıqlandı
Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
2025-ci ildə ən çox qəzalara Oğlaq və Şir bürcləri altında doğulan sürücülər səbəb olublar.
Oxu.Az auto-ru-ya istinadən xəbər verir ki, Rusiyanın "VSK Sığorta Evi"nin analitikləri icbari avtomobil sığortası (OSAGO) üzrə illik statistikanı təhlil etdikdən sonra belə qənaətə gəliblər.
Nəticələrə əsasən, 2025-ci ildə ən çox qəzaya meyilli 5 bürc Oğlaq, Şir, Buğa, Qoç və Xərçəng olub. Onlar bütün qeydə alınan qəzaların 44%-dən çoxunu törədiblər. Analitiklər həmçinin qeyd edirlər ki, əvvəlki ilin analoji reytinqi ilə müqayisədə Əkizlər ilk beşlikdən çıxıb, Əqrəblər və Oxatanlar isə ən diqqətli sürücülər olublar.
Yaş qruplarını nəzərə alaraq, sığortaçılar 40-49 yaş arası avtomobil sahiblərini, xüsusən də Şir və Qoç bürclərindən olanları ən təhlükəli sürücülər adlandırıblar. Oxatan və Əqrəb bürcləri altında doğulmuş 29 yaşdan kiçik sürücülərin qəzaya düşmə ehtimalı isə ən aşağı səviyyədədir.
Qəzalar üzrə ilin lideri olan Oğlaq bürcü sürücülər üçün sığortaçılar KIA avtomobillərindən istifadə etməyi tövsiyə edirlər. Statistik olaraq, bu, qəza riskini azaldır. "Toyota" Şir və Qoç bürcləri, "Hyundai" Buğa bürcü, "Lada" isə Xərçəng bürcü üçün ən təhlükəsiz marka seçilib.
Baxış sayı:105
Bu xəbər 31 Dekabr 2025 07:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















