Icma.az
close
up
RU
Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü

Buruk Terimi geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2022-ci ilin iyunun 24-də “Qalatasaray”ın “sükanı arxasına” keçən və o vaxtdan bəri saysız-hesabsız rekordların müəllifi olan Okan Buruk dünən daha bir göstəricidə rəsmən adını klub tarixinə yazdırdı.

"Football-plus.az" xəbər verir ki, o, “Qalatasaray”ın başında 1481-ci gününü tamamladı. Buna qədər “Cim-Bom”un başında fasiləsiz olaraq ən uzun müddət çalışan mütəxəssis Fatih Terim idi. Amma burda söhbət Terimin birinci yox, sonuncu dönəmindən gedir. “İmperator” 2017-ci il dekabrın 22-də 4-cü dəfə “sarı-qırmızılar”ın başına keçmiş və 1480 gün vəzifədə qalaraq 2022-ci il yanvarın 10-da o dönəmki prezident Burak Elmas tərəfindən istefaya göndərilmişdi. Buruk artıq bu göstəricidə klubun yeni rekordçusudu və bundan sonra vəzifədə olduğu hər ötən gün göstəricisini daha da yaxşılaşdıracaq.
Təbii ki, 53 yaşlı mütəxəssisin qarşıdakı mövsüm üçün əsas hədəfi ardıcıl 5-ci çempionluğu qazanmaqla tarixə düşməkdi. O, bunu bacarsa, bu göstəricidə də Terimi geridə qoyaraq yeni rekordçu olacaq. Terim 1996-2000-ci illərdə “Qalatasaray”la ardıcıl 4 il çempion olub. Türkiyə futbolunda heç bir klub və heç bir məşqçi ardıcıl 5 il çempionluq sevinci yaşamayıb.
Maraq üçün bildirək ki, Okan Buruk indiyə qədər “Qalatasaray”da 6 titul qazanıb. Ardıcıl 4 çempionluqdan başqa, o, ölkə kuboku və ölkə superkubokunu da əldə edib. Bu 1481 gün ərzində “Qalatasaray” Burukla keçirdiyi 203 rəsmi oyundan 144 qələbə, 28 heç-heçə, 31 məğlubiyyətlə ayrılıb. Komanda 457 qol vurduğu halda, öz qapısından 212 top buraxıb. Okan Buruk həm də futbolçu və məşqçi kimi Türkiyədə ən çox (12) çempionluq yaşamış futbol adamıdı. Onun futbolçu kimi 7, məşqçi kimi 5 çempionluğu var.
Bundan başqa, Buruk “Qalatasaray”ın başında Türkiyə çempionatının xal (2023/24, 102), ardıcıl qələbə (2023/24, 17) və səfərdə ardıcıl qələbə (2024-25-ci illərdə, 17) rekordlarını da yeniləyib. O eyni zamanda superliqa tarixində səfərdə 50 qələbə həddinə ən tez (64-cü oyunda) və bir komandanın başında 75 qələbə həddinə ən tez (“Qalatasaray”la 90-cı oyunda) çatan məşqçidi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 İyul 2026 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri