Buryatiya sakininə ayı hücumu: Ölən var
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Buryatiyada ayı 1970-ci il təvəllüdlü kişiyə hücum edib. Ağır baş xəsarəti alan kişi xəstəxanada ölüb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə respublika rəhbəri Aleksey Sıdenov "MAX" hesabında yazıb.
Faciə Zakamenski rayonunda, Xurtağa ulusunda, Şutxalan ərazisində baş verib. Kişi həyat yoldaşını avtobusa yola salıb, qəsəbədən qayıdarkən isə yolda ona ayı ona hücum edib.
"Məlum olub ki, kişi avtobus dayanacağına gedərkən öz mal-qarasını yoxlamaq üçün meşəyə dönüb və orada ayının hücumuna məruz qalıb. Təəssüf ki, kişini xilas etmək mümkün olmayıb. O, başından çox ağır xəsarətlər alıb. İki cərrah onun həyatı uğrunda mübarizə aparıb. Ailəsinə dərin hüznlə başsağlığı verirəm", - deyə Aleksey Sıdenov bildirib.
Hadisə yerində Buryatiya Təbiətə Nəzarət İdarəsinin mütəxəssisləri işləyirlər. Hücum yerində və ərazidə araşdırma aparılır. Qurum ayının məhv edilməsi qərarına gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 07 Sentyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















