Icma.az
close
up
RU
“Bütöv Azərbaycanı millətimizə miras qoymalıyıq...” Deputatdan açıqlama Yeni Sabah

“Bütöv Azərbaycanı millətimizə miras qoymalıyıq...” Deputatdan açıqlama Yeni Sabah

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Düz bir əsr əvvəl, Vətən müharibəmizin başlandığı tarixlə eyni günlərdə beynəlmiləl irtica ilə savaşa qalxan böyük Atatürk əsgərlərinə deyir ki, siz yalnız düşməni deyil, millətin tərsinə gedən taleyini də yendiniz. Həqiqətən parlaq sözlərdir. 44 günlük müqəddəs müharibə xalqımızın Qurtuluş savaşı olduğu üçün Prezident İlham Əliyev təkcə Ermənistanı deyil, eləcə də çoxəsrlik tariximizin köçkünlük, qaçqınlıq, soyqırım və matəm keçmişini də məğlub etdi”.

“Yeni Sabah” xəbər verir ki, bunları millət vəkili, Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc Milli Məclisdə bugünkü çıxışında deyib. O, çıxışının davamında bildirib:

“8 noyabr Zəfəri yeni Qalib Yüz İlimizin başlanğıcı, Qələbə təqviminin birinci ilidir. Xankəndi səlnaməsi onun nəticəsi və davamıdır.

Ulu öndər Heydər Əliyev torpaqları işğalda olan bir xalqın qarşısında, “mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” deyəndə, minlərlə insanımız imperiya ilə vuruşduqlarına görə çeçenlərə, digər xalqlara həsədlə baxırdı. İlham Əliyevin liderliyi ilə qazanılan Qələbə bizi dünyada nümunəyə, simvola, yeni millətə çevirdi. Ən qısa vaxtda, ən az itki və ən yüksək nəticə əldə olunan bir savaş məzlumiyyət və işğladan qurtulmaq istəyən bütün xalqlar üçün örnəkdir.

Avropanın mərkəzində, məsələn, Lüksemburq istənilən hərbi savaşda məğlub olub ayaqda qala bilər, çünki Avropada şərtlər başqadır, lakin təkcə qaliblərə yaşamaq haqqı verən Qafqazlarda müharibəni uduzub müstəqil dövlət qurmaq mümkün deyil. Prezident siyasi mövcudluğun əsas təminatını - qalib ordunu dünyaya göstərdi.

Düşmənin əliylə beyinlərə qəsdən yeridilən, “bu xalqdan əsgər çıxmaz” dəyənlərin qarşısına sinəsində 70 min orden və medalı daşıyan Qüvvələri qoydu. İlham Əliyevin Ali Baş Komandanlığı konstitusion normadan çox, müharibədə qazanılan tituldur. Bütün əvvəlki formasiya və quruluşlarda azadlıq, qalibiyyət istəyən liderlərin idealları çin olub.

Son 2 əsrdə ilk dəfə ermənilərə sərhədi böyük dövlətlər yox, məhz Azərbaycan göstərir.

Əgər Birinci Qarabağ savaşı SSRİ-nin dağılmasının siqnalı olmuşdusa, Vətən müharibəsi qlobal layları tərpədərək, Azərbaycana taleyini başqalarının yox, ilk dəfə bizim dövlətə dünyanın yenidən bölüşdürülməsində iştirak fürsəti verdi. İndi biz təkcə coğrafi deyil, həm də siyasi olaraq böyümüşük, beynəlxalq nüfuz və çəkimiz artıb. Ona görə də yeni dünya düzənində yüksək statusla iştirak edə bilirik.

Hərbi meydanda olduğu kimi, diplomatik savaşda da elə bir sülh müqaviləsi qazanmalıyıq ki, dövlətimiz bir daha 3-cü, 4-cü Qarabağ savaşına çəkilməsin.

Torpaq yarımçıq olanda, insan da natamam olur. Təkcə ərazi və suverenlik yox, 20 faizlik sindromdan xilas olan bütöv vətəndaşa çevrilmişik.

İndi qalib dövlət ən böyük ideologiyamızdır. Qələbəmizi qan yaddaşına çevirib gələcək nəsillərə ötürərək, 22-ci əsrin bütöv Azərbaycanını millətimizə miras qoymalıyıq”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Noyabr 2024 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see250

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see220

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see208

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see205

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see204

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see167

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see153

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see151

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see144

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see141

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see138

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see133

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see131

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see131

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see129

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see129

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see129

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see128

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri