Icma.az
close
up
RU
Bütün avtomobillər geri çağırıldı

Bütün avtomobillər geri çağırıldı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Cybertruck” modellərində aşkarlanan xarici panel probleminə görə "Tesla" ABŞ-dəki demək olar ki, bütün avtomobillərini geri çağırır. 

"Tesla" panelin yeni, daha davamlı versiya ilə əvəzlənəcəyini açıqlayıb. Bu, geri çağırma "Tesla"-nın 2024-cü ildə ən çox geri çağırılan avtomobil istehsalçısı olmasına səbəb olub, eyni zamanda şirkətin brend imicinə qarşı mənfi reaksiyaları artırıb. 

"Cebheinfo.az" xəbər verir ki, şirkət paslanmayan poladdan olan xarici panelin sürərkən ayrılma riski ilə üzləşdiyi üçün 46 mindən çox avtomobilin xidmətə çağırıldığını bildirib. ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) 2023-cü ilin noyabrından 27 fevral 2024-cü il tarixinə qədər istehsal edilmiş bütün “Cybertruck” modellərinin geri çağırılmaya daxil edildiyini açıqlayıb. Bu məsələ ilə əlaqədar heç bir qəza və ya xəsarət bildirilməsə də, “Tesla" 151 zəmanət iddiası aldığını açıqlayıb.

"Tesla"-nın bu il SUV modeli üçün səkkizinci geri çağırışını həyata keçirdiyi bildirilsə də, ekspertlər geri çağırılan avtomobillərin bazardakı Cybertruck-lərin böyük əksəriyyətini təşkil etdiyini bildirirlər. "Tesla" indiki polad panelin ətraf mühit faktorlarına kifayət qədər davamlı olmadığını və yeni versiyada fərqli bir yapışdırıcı ilə sabitlənəcəyini açıqlayıb. Bundan əlavə, panelin gövdəyə bərkidilməsi üçün qaynaqlı bolt istifadə olunacaq. "Tesla" bu yenilənmiş panellərin istehsalına cümə günü başlamağı planlaşdırır və hələ çatdırılmamış avtomobillərin yeni panellərlə təchiz ediləcəyini açıqlayıb. 

"Tesla" 2024-cü ildə ABŞ-də ən çox geri çağırılan avtomobil markası oldu. "BizzyCar" şirkətinin məlumatlarına görə, "Tesla" avtomobilləri cəmi 5,1 milyon geri çağırışa məruz qalıb. Bununla belə, analitiklər deyirlər ki, bu geri çağırış "Tesla"-nın maliyyə nəticələrinə ciddi təsir göstərməyəcək. 

"Morningstar" analitiki Set Goldstein geri çağırmanın "Tesla"nın ümumi performansına böyük zərbə olmayacağını söyləyib, çünki “Cybertruck” satışları "Tesla"nın Model 3 və Model Y kimi yüksək həcmli modelləri ilə müqayisədə aşağıdır. "Tesla" təkcə avtomobil problemləri ilə deyil, həm də brend imicinə artan mənfi reaksiya ilə mübarizə aparır. Müştərilərin ABŞ-dəki bəzi "Tesla" mağazalarında etiraza başladığı və bəzi insanların "Tesla"-dan avtomobil almağı boykot etdiyi bildirilir. 

Nigar 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Mart 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri