Icma.az
close
up
RU
Bütün bəşəriyyətə xidmət edəcək nəticələr

Bütün bəşəriyyətə xidmət edəcək nəticələr

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

“BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası öz möhtəşəm nəticələri ilə bütün dünyanı heyrətləndirdi. Təsadüfi deyil ki, Ölkə Prezidenti cənab İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında “COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!” sərlövhəsi ilə etdiyi paylaşımında Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi vurğulayıb”. Bu sözləri Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili bildirib ki, 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaq qürurverici haldır. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək tərəflər arasında danışıqların qərəzsiz aparılması üçün bütün imkanları ən yüksək səviyyədə təqdim edə bildi. Dövlət başçımızın təşəbbüsü və səyləri ilə bütün proses boyunca Azərbaycan, ilk növbədə, inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Eyni zamanda da ölkəmiz müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəyliyini bir daha nümayiş etdirdi. Bütün bunların nəticəsi olaraq, dünya tarixi Bakı nailiyyətinə şahid oldu.”
K.Qafarov 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsinin hədəf seçilməsinin möhtəşəm nailiyyət olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin dediyi kimi, Bakı əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qarşıya qoydu. Bununla da Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri çox üstələmiş oldu. Bu isə bilavasitə Azərbaycanın COP29-un Sədri olaraq apardığı intensiv, çoxtərəfli diplomatiya nəticəsində əldə olunmuş nailiyyətdir. Bu qərar qlobal investisiyaların yeni dalğasına təkan verəcək. Əldə olunmuş daha bir görkəmli nailiyyət “İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Təşəbbüsü”dür. Bu təşəbbüsə əsasən 8 BMT agentliyi, 3 çoxtərəfli inkişaf bankı və 3 iqlim fondu arasında birgə bəyanat qəbul edilmişdir ki, həmin bəyanat çərçivəsində də İqlim Davamlılığı üçün İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri qəbul edildi və Bakı COP Sədrliklərinin İqlim və Səhiyyə üzrə Davamlılıq Koalisiyası yaradıldı”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 27 Noyabr 2024 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri