Bütün bölgələrdə var, Biləsuvarda niyə yoxdur?
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Bu il Qurban bayramı ilə əlaqədar Naxçıvan Muxtar Respublikası (MR) da daxil olmaqla, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunub.
Globalinfo.az “Report”a istinadən xəbə verir ki, ölkənin Muğan zonasında yerləşən Cəlilabad və İmişli rayonlarından fərqli olaraq, Biləsuvarda bu tip məntəqələr yaradılmayıb.
Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) açıqladığı ünvanlarda təşkil olunan həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar kəsilib-satılır.
“Report”un Muğan bürosunun Biləsuvarda analoji məntəqələrin yaradılmamasının səbəbinə dair sorğusuna AQTA-dan şifahi olaraq bildirilib ki, bu iş yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Lakin məsələ ilə bağlı Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmi mövqeyini öyrənmək mümkün olmayıb.
Baxış sayı:88
Bu xəbər 06 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















