Icma.az
close
up
RU
Bütün bunlar erməni xislətinin təzahürüdür MÜNASİBƏT BİLDİRİLDİ

Bütün bunlar erməni xislətinin təzahürüdür MÜNASİBƏT BİLDİRİLDİ

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, qan tökülmədən işğaldan azad edildi. Sözsüz ki, bu uğur Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsi idi". Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.Onun sözlərinə görə, Azərbaycan Ordusunun gücü Ermənistanı ərazilərimizi tərk etməyə vadar etdi: “1993-cü ildə işğaldan dərhal sonra Ermənistan BMT və ATƏT-in prinsiplərinə zidd olaraq Kəlbəcərdə qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməyə başlamışdı. Onlar hesab edirdilər ki, Kəlbəcəri heç zaman tərk etməyəcəklər. Azərbaycan Kəlbəcəri işğaldan azad etməklə eyni zamanda BMT Təhlükəsizlik Şurasının 27 ildən çoxdur kağız üzərində qalan 822 saylı qətnaməsini icra etmiş oldu və beynəlxalq hüququn bərqərar olmasına nail oldu.Kəlbəcər Azərbaycanın ən böyük ərazisi olan rayonudur. Kəlbəcər həm də strateji və çətin relyefə malik olan bir rayondur. Orada yüksək dağlar, dərin enişlər, yoxuşlar, çaylar var. Bu 27 il ərzində düşmən də boş dayanmayıb və möhkəm istehkamlar qurmuşdu. Onlar 27 il işğalda saxladıqları rayonu tərk edərkən də evləri, binaları, tikililəri talan edib, yandırıb, ağacları qırıb, ekoloji terrora əl atdılar. Bundan başqa, onlar Kəlbəcəri tərk etməzdən əvvəl rayonunun müxtəlif ərazilərində, yol keçidlərində piyada və tank əleyhinə minalar basdırmışdılar. Bütün bunlar erməni xislətinin təzahürüdür".Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş digər rayonlarda olduğu kimi, Kəlbəcərdə də böyük bərpa-quruculuq işləri aparılır: “Düşmən orada da daşı daş üstünə qoymamışdı. Azərbaycan dövləti öz vəsaiti hesabına hazırda Kəlbəcəri yenidən qurur, kəndlər, qəsəbələr salır. Əminəm ki, yaxın vaxtlarda Kəlbəcər sakinləri öz dədə-baba yurdlarına geri qayıdacaqlar və orada əbədi yaşayacaqlar”.

Müəllif: Söylü Ağazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see237

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see198

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see198

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see193

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see180

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see176

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see166

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see158

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see157

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see140

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see132

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see131

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see129

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see123

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri