Icma.az
close
up
RU
Bütün cinayətlərin cəzasız qaldığı şəhər: Slab City

Bütün cinayətlərin cəzasız qaldığı şəhər: Slab City

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Slab City Cənubi Kaliforniyada Kolorado səhrasının ortasında yerləşən unikal icmadır. 

Ölkə.az Lent.az-a istinadən xəbər verir ki, bura elektrik, su və ya kanalizasiya sistemi kimi müasir infrastruktura malik yer deyil. Bunun əvəzinə sakinləri özlərini təmin edən bir həyat tərzi keçirirlər.

"Yer üzündəki son azad yer" kimi də tanınan Slab City hər il yüzlərlə maraqlı səyahətçi, rəssam və alternativ həyat tərzi keçirənləri cəlb edir.

Slab City hekayəsi İkinci Dünya Müharibəsindən başlayır. Hərbi təlim zonası olan Dunlap düşərgəsi müharibə başa çatdıqdan sonra tərk edilib və yalnız beton plitələr qalıb. Bu plitələr zamanla məskunlaşmış icmanın əsasını təşkil edib və ərazi "Slab şəhəri” adlanıb.  

Həyat tərzi

Slab City öz sakinlərinə misilsiz azadlıq təklif edən hər hansı bir bələdiyyə və ya yerli hökumətdən müstəqildir. Burada yaşayanlar şəhər həyatının xaosundan uzaqlaşıb təbii həyat sürməyə üstünlük verənlərdən ibarətdir.

Elektrik, su və digər xidmətlərin çatışmazlığı yaradıcı həllər tələb edir; Günəş panelləri, yağış suyu yığan sistemlər və günəş sobaları bu həll yollarından yalnız bir neçəsidir.  
Ətraflı

Qış aylarında əhalisi artan Slab City ilin soyuq mövsümündə bura gələn "qar quşları” adlanan qonaqlarla dolur. Lakin yay aylarında səhra istisi səbəbindən əhali azalır.

İncəsənət və mədəniyyət

Slab Citynin ən məşhur görməli yerlərindən biri Salvation Mountain (Qurtuluş dağıdır). Bu rəngarəng və böyük sənət əsəri yerli rəssam Leonard Nayt tərəfindən Allahın məhəbbətini yaymaq üçün tikilib. Salvation Mountain Slab Citynin ruhunu və yaradıcı enerjisini təmsil edir. 

Ərazidə "Slab City Library" və "The Range" kimi mədəni məkanlar da var. The Range, musiqiçilərin və sənətçilərin çıxış etdiyi açıq hava səhnəsidir. Hər həftə sonu keçirilən tədbirlər icma ruhunu gücləndirir. 

Cəmiyyətin problemləri və gələcəyi

Sərbəst həyatı təmin etməklə yanaşı, Slab City bir çox problemlə üzləşir. Su, elektrik və digər əsas xidmətlərin olmaması həyatı çətinləşdirə bilər. Bundan əlavə, əraziyə rəsmi olaraq sahib olan bir orqanın olmaması əmlak problemlərinə və infrastruktur çatışmazlıqlarına səbəb ola bilər.

Yenə də Slab City sakinləri bu çətinliklərə baxmayaraq burada yaşamağı seçirlər. Cəmiyyətin gələcəyi qeyri-müəyyən olsa da, Slab Cityтшт azad ruh və alternativ həyat tərzi axtaranlar üçün sığınacaq olmağa davam edəcəyi şübhəsizdir.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Noyabr 2024 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri