Icma.az
close
up
RU
Bütün dünyanın diqqəti BAKIDA

Bütün dünyanın diqqəti BAKIDA

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Noyabrın 11-dən etibarən bütün dünyanın diqqəti Azərbaycandadır. Bakıda start götürən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində 80-dən çox prezident, vitse-prezident və baş nazir, 196 ölkədən 72 mindən çox nümayəndə planetin ən aktual məsələlərini – qlobal iqlim dəyişikliklərinin yaratdığı müasir təhdidləri müzakirə edir, vəziyyətdən çıxış yolları arayır.
Müşahidələr göstərir ki, dünya həqiqətən də iqlim sahəsində çox ciddi təhdidlərlə üz-üzə qalıb. Müharibələr, təbii fəlakətlər, supergüclər arasında xammal və əlavə resurslar uğrunda gedən şiddətli mübarizə, planetin flora və faunasına vurulan sağalmaz zərbələr, enerji resurslarına artan tələbat, qlobal istiləşmə bəşəriyyəti məhvə doğru sürükləyir.
Belə bir ağır durumda beynəlxalq birlik iqlim dəyişikliklərinə qarşı mübarizədə yekdillik göstərmədikcə, bir çox xalqlar, xüsusilə də ada-dövlətlər yox olmaq təhlükəsini yaşayacaqlar.
Azərbaycan və COP: Əsas hədəflər və təşəbbüslər
Azərbaycan yaxınlaşan təhdidləri görür, bu təhdidləri aradan qaldırmağın yollarını göstərir. Dünya ictimaiyyətini, aparıcı dövlətləri iqlim kataklizmləri ilə mübarizə məsələsində həmrəy olmağa çağırır. COP29 konfrası bu məramın ən ideal ifadəsidir. Ümumiyyətlə isə,
-ötən ilin dekabrında ölkəmizin COP29 konfransına ev sahibliyi etmək hüququ qazanması,
-iqlim maliyyələşməsi məsələsində dünya birliyinə etdiyi həmrəylik çağırışları,
-Azərbaycan tərəfindən gündəliyə iqlim problemlərinə həsr olunmuş 14 təşəbbüsün salınması bəşəri təhlükələrə qarşı praktik fəaliyyət ortaya qoymaq istədiyimizi təsdiqləyir. Bəzi anti-Azərbaycançı qüvvələrin total qarayaxma kampaniyasına baxmayaraq, Prezident İlham Əliyevin qətiyyəti sayəsində COP29 zirvəsində bu günə qədər verilən strateji qərarlar Azərbaycan üçün həm diplomatik, həm də mənəvi anlamda böyük uğur deməkdir.
Azərbaycan COP29 konfransına ev sahibliyi missiyasını üzərinə götürərkən qazıntı yanacağı ölkəsi olaraq, yaxın gələcək üçün özünün də strateji fəaliyyət proqramını ortaya qoydu. Proqramda əsasən bu istiqamətlər əksini tapır.
Birincisi, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir, bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir.
İkincisi, Bakı 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı hədəfləyir.
Üçüncüsü, 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir.
Dördüncüsü, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində milli hədəfləri yeniləyir. Milli hədəflərin reallaşmasının flaqmanı isə Prezident İlham Əliyev və onun irəli sürdüyü təşəbbüslərdir.
 

Bir sözlə, dünyanın üzləşdiyi iqlim problemlərinin həlli məsələsi bu gün Azərbaycanın liderliyi ilə müzakirə olunur. Prezidentin Bakı platformasından verdiyi mesajlar isə tək region deyil, ən kiçik ada-dövlətlərində və bütövlükdə, dünyada iqlim dəyişikliklərinə qarşı mübarizənin konseptual “yol xəritəsi”nin əsas konturlarına aydınlıq gətirir.


Azərbaycan tərəfi COP29-a mükəmməl təşkilatçılığı ilə seçilir və iqlim mövzusunda danışıqlar üçün konstruktiv platforma yaradır. İlk növbədə, iqlim maliyyələşməsi məsələsində tam konsensus COP zirvəsinin ən böyük uğuruna və qlobal iqlim problemləri ilə mübarizənin başlanğıcına çevrilə bilər.
Lakin yeni maliyyə hədəfinə görə məsuliyyət yalnız Azərbaycanın üzərinə düşməməlidir. COP29-un təşkilatçısı olan BMT 2030-cu ilə qədər hər il iqlim maliyyələşməsi üçün 170 milyard dollar vəsaitin ayrılması hədəfinə çatmaq üçün inkişaf etmiş dövlətlərin razılığını almalı və “təbiətə ən çox zərər vuranlar” prinsipinə əsasən, həmin dövlətlərin rasional qərarlar verməsini stimullaşdırmalıdır.
BMT və COP: G-20 qrupu üçün yeni öhdəlik
Bakı iqlim sammitinə qatılan BMT-nin baş katibi Antonio Quterreşin bəyanatlarından da aydın oldu ki, enerji səmərəliliyini ikiqat artırmaq və səhralaşmanın qarşısının almaq həyati önəm daşıyır. Bunun üçün qlobal karbohidrogen resursları 30 faiz azaldılmalıdır. Hər bir ölkə daxilində enerji keçidi, dayanıqlı iqlim məqsədlərinə, iqlim dəyişikliyi tədbirlərinə uyğun olmalıdır.
Bütün bunlar isə yerli şərait nəzərə alınaraq ortaq və eyni zamanda, paylaşılmış məsuliyyət əsasında reallaşmalıdır. Şübhəsiz, həmin proqramların icrasında əsas məsuliyyət G20 qrupunun üzərinə düşür. Çünki, qrupun üzvləri hazırda dünyada ən böyük emissiya edən ölkələr kimi tanınırlar. Statistikaya görə, hazırda dünyada çirklənmənin 90 faizi məhz inkişaf etmiş ölkələrin payına düşür.
Bəli, qlobal iqlim təhlükələri ilə səmərəli mübarizə üçün vaxt limiti daralır. Odur ki, hər bir dövlət iqlim dəyişmələrinə qarşı mübarizə üçün vəsait ayırmaq məsələsinə həssas yanaşmalıdır. Bakı platformasında 2015-ci il Paris razılaşmasının 6.4-cü bəndi üzrə şəffaf və etibarlı karbon bazarının yaradılması ətrafında əldə edilən razılıq beynəlxalq güclərin artıq hərəkətə keçdiyinin ilk işartısı da sayıla bilər.
Anti-Azərbaycan propaqandası və boykot planı
Qlobal iqlim konfransı ətrafında Qərbin siyasi mərkəzləri və media platformasında yaradılan ajiotaj bütün ölkələrin iqlim maliyyələşməsi prosesində fəal iştirak etmək istəmədiyini göstərir.
Xüsusilə də, bir çox destruktiv qüvvələr qazıntı yanacağı ölkəsi adlandırdıqları Azərbaycana qarşı sərt ittihamlar səsləndirirlər. Əslində, bu ittihamların hansı mərkəzlərdə hazırlandığı məlum olsa da, motiv bəlli deyil. COP29 Azərbaycanın təşəbbüsü və yaxud Azərbaycanın daxili problemlərinə həsr olunmuş format deyil. COP tədbirinin əsas sahibi BMT-dir və BMT-də 200-dən çox dövlət təmsil olunur.
 

Fransa, Niderland, Almaniya, Norveç, Ermənistan və bir neçə digər ölkənin Bakı konfransını boykot etməsi daha çox siyasi ambisiyalarla bağlıdır. Bunu Qərb media orqanlarında dərc olunan bəzi məqalələrin tezislərində də görmək olar.


Məsələn, iddia olunur ki, Azərbaycan iqtisadiyyatının gəlirlərinin 90 faizi qazıntı yanacağından alındığı üçün bu ölkə COP sammitinə ev sahibliyi edə bilməz. Digərləri qeyd edirlər ki, Bakı COP29-dan iqlim problemlərinin deyil, özünün siyasi maraqlarını təmin etmək, eləcə də qazıntı yanacağı üzrə yeni müqavilələr imzalamaq üçün faydalanacaq.
İsveçli eko-aktivist Qreta Tunberqin Qarabağ ermənilərinin guya “etnik təmizlənmə”yə məruz qaldığına dair iddia qaldıraraq etirazaksiyası keçirməsi isə presedentsiz hadisədir və əslində, iqlim dəyişiklikləri ilə əsla bağlı deyil.
Daha çox tirajlanan iddialardan biri də ondan ibarətdir ki, guya Paris sazişi əleyhinə qazıntı yanacağı üzrə işlərin genişlənməsini dəstəkləyən 1700 nəfərlik lobbi qrupu çıxış edir.
Bütün bu əsassız tezislərə baxmayaraq, Azərbaycan COP29 sessiyası ilə bağlı təşəbbüslərini uğurla reallaşdırır. Artıq 1 həftəsi geridə qalan konfransda tərəqqi elementlərinin çoxluğu Prezident İlham Əliyevin cəsarətli və hədəfə ünvanlanan çıxışları ilə birbaşa bağlıdır. Azərbaycan liderinin bəşəri problemlərin həlli üçün atdığı səmimi və prinsipial addımlar cəmiyyətdə COP29-un ikinci həftəsinin də pozitiv tonda keçəcəyi və tarixi qərarların qəbuluna olan inamı artırır.
Əlibala Məhərrəmzadə, Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Noyabr 2024 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see225

İran İsrail gərginliyi artır: Birbaşa qarşıdurma riski nə qədər realdır? ŞƏRH

02 İyun 2026 20:42see212

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see196

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see189

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see188

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see187

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see185

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see182

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see182

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see181

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see178

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see178

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see177

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see177

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see177

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see176

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see175

Şəfa nı çempionluğa daşıyan Kərəmli bölgə klubunda? Dəqiqləşdi

03 İyun 2026 02:25see158

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

03 İyun 2026 11:29see158

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kursları başlayıb

03 İyun 2026 11:28see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri