Bütün İngiltərə türkiyəli futbolçudan DANIŞIR FOTOlar
Icma.az, Milli.az portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasında "Mançester Yunayted" öz meydanında Şotlandiya "Reyncers"inə 2-1 hesabı ilə qalib gəlib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ingilis klubunun qapıçısı Altay Bayındırın performansı böyük bəyəni ilə qarşılanıb. Xilasetmələri ilə matça damğa vuran qapışı rəqibin yerlisi olan oyunçusu Rıdvan Yılmaza da qol izni verməyib.
İngilis mətbuatı və komandanın azarkeşləri qazanılan 3 xalda Altay Bayındırın böyük rol oynadığını qeyd ediblər.
Matç ərzində 6 real qoldan klubunu xilas edən Altay Bayındırın yüksələn performansı sosial şəbəklərdə də müzakirələrə səbəb olub.
Xatırladaq ki, qısa zaman öncə Altay "Tottenhem" ilə kubok oyununda buraxdığı kobud səhvlə çoxsaylı tənqidlərə məhkum olmuşdu, hətta İngiltərə nəhənginin onu göndərəcəyi barədə xəbərlər də mətbuata sızmışdı.
Tural
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Yanvar 2025 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















