Icma.az
close
up
RU
Bütün KOB meyarlarının yenilənməsinin zamanıdır

Bütün KOB meyarlarının yenilənməsinin zamanıdır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Bir neçə dəfə, 2022 və 2023-cü illərdə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verən illik dövriyyə məbləğinin artırılması zərurətini təklif etmişdim (bunlardan biri şəkildə əks olunub).
Bir neçə gün əvvəl hörmətli maliyyə naziri Sahil Babayevin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında nəhayət bu limitin artırılması ilə bağlı müzakirələrin aparıldığını deməsi sevindirici haldır.
Amma burada başqa bir mühüm məqam da var.
KOB meyarları Nazirlər Kabinetinin 556 nömrəli qərarı ilə 2018-ci ildə təsdiq edilmişdi. Bu meyarlara əsasən, 200 min manata qədər dövriyyəsi olan sahibkar mikrosahibkar sayılır və bu, onun vergi və hesabatlıq öhdəliklərini müəyyənləşdirir.
Artıq o vaxtdan 7 il keçib. Əgər 2018-ci ildən bu günə qədər baş verən illik inflyasiya göstəricilərini müvafiq metodoloji yanaşma ilə indeksləşdirərək hesablasaq, görərik ki, qiymətlər səviyyəsində təqribən 42.7%-lik ümumi artım baş verib. Bu isə deməyə əsas verir ki, 2018-ci ildə sahibkar üçün 200 min manat olan dövriyyə limiti bu gün real olaraq 285,400 manata bərabərdir.
200,000×(1+0.427)=200,000×1.427=285,400
Bu o deməkdir ki, 2018-ci ildə sahibkar 200 min manatlıq dövriyyə ilə məsələn, 100 qutu ərik cemi və ya şirəsi istehsal edirdisə, bu gün də eyni 100 qutu istehsal etməklə onun dövriyyəsi artıq 285,400 manat olur. Yəni sahibkarın istehsal həcmi artmayıb, amma inflyasiya səbəbilə onun meyarı dəyişir və mikrosahibkar kateqoriyasından kiçik sahibkar kateqoriyasına keçir. Bu isə sahibkarın vergi və hesabatlıq öhdəliklərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Bu vəziyyət yalnız mikrosahibkarlara deyil, eyni zamanda kiçik və orta sahibkarlara da aiddir.
Əgər 2018-ci ildə illik dövriyyəsi 3 milyon manata qədər olan sahibkar kiçik sahibkar hesab olunurdusa, bu gün inflyasiya təsiri ilə istehsal həcmi dəyişməsə də, həmin sahibkarın dövriyyəsi 3 milyonu aşaraq onu orta sahibkar kateqoriyasına keçirir. Eyni vəziyyət orta sahibkarlara da şamil olunur: illik dövriyyəsi 30 milyon manata qədər olan sahibkarın real istehsal gücü dəyişməsə də, inflyasiya təsiri ilə dövriyyəsi artır və bu sahibkarlar artıq iri sahibkar kateqoriyasına daxil olur.
Beləliklə, ötən 7 ildə baş verən iqtisadi dəyişiklikləri nəzərə alaraq, yeni KOB meyarlarının dəyər dəyişiklikləri və hesablamalarını analoji qaydada aparsaq, təklif edirəm ki, mikrosahibkarlar üçün illik dövriyyə limiti 300 min manata, kiçik sahibkarlar üçün 5 milyon manata, orta sahibkarlar üçün 45 milyon manata qədər müəyyən edilsin. İri sahibkar isə 45 milyon manatdan yuxarı dövriyyəyə malik sahibkarlar kimi qəbul olunsun.
Ümid edirəm ki, bir gün gələcək bu təklifimizin də həyata keçirildiyinin şahidi olacağıq. Hər halda, bu, ümumi işin xeyrinə olaraq, KOB sektorunun inkişafına ciddi təkan verər. KOB sektoru isə ölkənin qeyri-neft sektorunun onurğa sütunudur.
Eldəniz Əmirov, iqtisadçı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 03 İyun 2025 11:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri