Icma.az
close
up
RU
“Bütün liqalarda gərginlik son həddə çatacaq” Aslan Şahdəliyev İK nın qərarlarını dəyərləndirdi

“Bütün liqalarda gərginlik son həddə çatacaq” Aslan Şahdəliyev İK nın qərarlarını dəyərləndirdi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

AFFA İcraiyyə Komitəsinin dünən keçirilən iclasında PFL-in vitse-prezidenti Aslan Şahgəldiyevin də iştirak etdiyindən xəbərdarsız.

Məlum olduğu kimi, o, Misli premyer-liqası, həmçinin 1-ci və 2-ci liqalarda mövsüm ərzində hadisələrin axarı barədə məlumat verib. Ardınca İcraiyyə Komitəsi üzvlərinin suallarını cavablayıb, təklif və rəylərini dinləyib.
Maraqlıdı, görəsən, PFL rəsmisi qarşı tərəfdən hansı yöndə suallar eşidib? Komitə üzvləri ondan təklif və rəyləri haqda bilgi alıbmı?
Bu suallarla Aslan bəyə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“İlk növbədə gördüyümüz işlərlə bağlı hesabat xarakterli çıxış etdim. PFL-in keçirdiyi bütün liqalardakı vəziyyət, yayın, təbliğat, komandaların durumu, çempionatların təşkili və s. məsələlərlə bağlı fikirlərim dinlənildi. Təkcə çempionatın formatıyla bağlı yox, bütün müzakirə olunan məqamlara aid hamının fikri soruşuldu, o cümlədən də mənim. Bütün məsələlər ciddi müzakirə olundu, hər kəs təkliflərini bildirdi”.
Aslan bəy dünən qəbul edilən qərarları belə dəyərləndirdi:

“Qərarları yaxşı qarşıladım, məntiqli və yerində verilmiş qərarlar olduğunu düşünürəm. Bu qərarlardan sonra idman prinsiplərinin qorunduğunu da nəzərə alsaq, bütün liqalarda gərginlik son həddə çatacaq. Hər tur maraqlı oyunların şahidi olacağımıza inanıram. Ümumiyyətlə, hiss olunurdu ki, müzakirə olunan məsələlərlə bağlı çox ciddi araşdırma və təhlillər edilib. Hər xırda detal nəzərə alınıb, müsbət və mənfi məqəmlar ən xırda incəliyinə kimi araşdırılıb. Beynəlxalq təcrübəyə müraciət olunduğu görünürdü. Düşünürəm ki, bizim liqalar üçün ən məntiqli qərarlar verildi. Xüsusilə komanda sayının artırılması futbolumuzun xeyrinə olan məqamlardan ən önəmlisidi. Futbol dili ilə desək, artıq top 1-ci liqadan premyer-liqaya yüksəlmək istəyən komandalardadı. Premyer-liqa meyarlarına cavab vermək üçün əllərindən gələnin ən yaxşısını etməlidilər. İndi bir yox, daha çox komandanın çıxış etdikləri liqalardan üst liqaya çıxmaq şansı yaranıb. Həm mükafatçılar sırasına düşmək, həm də çempionatı tərk etmək baxımından bütün liqalardakı oyunların amansız mübarizə şəraitində keçəcəyi sirr deyil”.


Bilindiyi kimi, 2-ci liqa yarıpeşəkar sayılsa da, burda da gərgin oyunların şahidi oluruq. Bəs, bu çempionatda komanda sayı və formatla bağlı yeniliklər olacaqmı? Aslan bəyi dinləyək:

“Qeyd etdiyiniz məsələ müzakirə mərhələsindədi. Bildiyiniz kimi, İcraiyyə Komitəsi il ərzində bir neçə dəfə toplanır. Bu məsələnin də araşdırılacağına, futbolumuz üçün nəyin faydalı olacağının müəyyənləşdiriləcəyinə və müsbət qərarlar veriləcəyinə əminəm. Növbəti mövsüm 2-ci liqada komandaların sayı və digər məqamlarla bağlı müzakirələr, araşdırmalar tam bitəndən sonra qərarların veriləcəyi gözlənilir”.


KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Fevral 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri