Bütün Nigeriya son beş gündə ikinci dəfə işıqsız qalıb
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Son beş gün ərzində milli enerji şəbəkəsinin ikinci dəfə çökməsi səbəbindən bütün Nigeriya qaranlığa qərq olub.
Moderato.arz "The Guardian" qəzetinə istinadən xəbər verir ki, federal paytaxt ərazisi, o cümlədən paytaxt Abuca işıqsız qalıb.
Afrikanın ən sıx məskunlaşmış ölkəsinin enerji şəbəkələrinin işinə nəzarət etmək üçün dövlət tərəfindən səlahiyyətləndirilmiş qurum - Nigeriya Müstəqil Sistem Operatorunun məlumatına görə, elektrik enerjisi istehsalı 4 min mVt-dan 219 mVt-a qədər düşüb.
Sənaye müəssisələri, şirkət ofisləri və yaşayış binaları generatorlara və günəş panellərinə keçməyə məcbur olublar.
Nigeriya sonuncu dəfə analoji kollapsı yanvarın 23-də yaşamışdı.
Təmir xidmətləri hadisənin səbəblərini müəyyənləşdirmək üçün elektrik ötürücü xətlərində araşdırmalar aparırlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 27 Yanvar 2026 19:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















