Bütün növ pensiya alanlara ŞAD XƏBƏR Bu tarixdən ARTACAQ
Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“2026-cı ilin Dövlət Büdcəsinin ilkin göstəricilərinə əsasən Azərbaycan Dövlət Büdcəsinin gəlirlərinin 58 faizi qeyri-neft sektorunun payına düşəcək. Bu da o deməkdir ki, neft sektoru fiskal gəlirlərimizin 42 faizini təşkil edəcək. Deməli qeyri-neft sektorundan daxil olan gəlirlərimizin həcmi neft sektorundan daxil olan gəlirlərimizdən daha çox olacaq”.
Bunu növbəti il üçün dövlətin sosial siyasəti ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov deyib.
O bildirib ki, 2026-cı il büdcəsinə ayrılan vəsaitin 40 faizdən çoxunun sosial istiqamətlərə yönəldiləcəyi gözlənilir:
“Bu konteksdən sosial təminatın gücləndirilməsi növbəti illər üçün də prioritetlərdən biri olaraq qalacağını görürük. Ona görə də 2026-cı ildə də sosial tədbirlərin gücləndirilməsini müşahidə edəcəyik. Sosial siyasət və sosial təminatın gücləndirilməsi Azərbaycan dövləti üçün prioritet olaraq qalmaqdadır. Təsadüfi deyil ki, növbəti il üçün bəzi sahələrdə artımlar qanunvericiliklə təsbit olunub.
Ona görə də 2026-cı ilin 1 yanvarından əmək pensiyasının indeksləşdirilərək artırılmasını müşahidə edəcəyik.
Ümumilikdə bütün pensiyaların artırılması baş verəcək. Bu addım 1 milyon 100 min vətəndaşımızın sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcək. Yəni təkcə əmək pensiyasında deyil, yaşa görə, əlilliyə və ailə başçısını itirməyə görə pensiyalarda gələn il artımlar olacaq. Bu məsələ 2026-cı ilin büdcə layihəsində artıq öz əksini tapıb”.
Surxay Atakişiyev, Bizim.Media

