Bütün nüvə materiallarımız dağıntılar altında qalıb İrandan etiraf
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail və ABŞ-nin zərbələrindən sonra ölkənin zənginləşdirilmiş bütün nüvə materialları nüvə obyektlərinin dağıntıları altında qalıb.
Bakupost.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, materialların vəziyyəti və onlara çıxış imkanları İranın Atom Enerjisi Təşkilatının mütəxəssisləri tərəfindən qiymətləndirilir:
"Qiymətləndirmə başa çatdıqdan sonra mütəxəssislər hesabat hazırlayacaq və bu sənəd Milli Təhlükəsizlik Şurasına təqdim olunacaq. Daha sonra Şura müvafiq qərar qəbul edəcək".
Qeyd edək ki, bir müddət əvvəl Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi qurumun İrandan zənginləşdirilmiş uran ehtiyatları barədə məlumat almadığını bildirmişdi. Daha sonra isə Abbas Əraqçi ilə Rafael Qrossi İrana zərbələrdən sonra dayandırılmış əməkdaşlığın bərpası barədə saziş imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 12 Sentyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















