Icma.az
close
up
RU
Bütün rəqiblərini üstələyəcək 2025 ci ilin ən yaxşı avtomobilləri SİYAHI

Bütün rəqiblərini üstələyəcək 2025 ci ilin ən yaxşı avtomobilləri SİYAHI

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekspertlər bu avtomobillərin əsas üstünlüklərini açıqlayıblar.

Yeni avtomobillər hər il daha bahalaşır. Xoşbəxtlikdən, hələ də bəzi yaxşı büdcənizə uyğun modellər mövcuddur.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, ekspertlər almağı tövsiyə etdiyi beş əlverişli yeni avtomobilin adını açıqlayıb. Onların sözlərinə görə, bu modellərin hamısı rəqiblərindən daha yaxşı nəticələr göstərir.

5 ən yaxşı bahalı olmayan avtomobil

Toyota Corolla

Toyota Corolla dünyanın ən çox satılan avtomobillərindən biridir. Avtomobil mexaniki və “German Car Depot”un sahibi Alan Qelfand jurnalistlərə bildirib ki, bu model pula qarşı əla dəyər təklif edir.

"Toyota Corolla sübut olunmuş güc aqreqatı, aşağı yanacaq sərfiyyatı və müasir təhlükəsizlik xüsusiyyətləri təklif edir. Bu model həmçinin aşağı texniki xidmət xərclərinə, asanlıqla əldə edilə bilən ehtiyat hissələrinə malikdir və təkrar satış dəyəri öz sinfindəki əksər avtomobilləri üstələyir", - ekspert bildirib.

Hyundai Elantra

Qeyd edilir ki, Hyundai son illərdə avtomobillərinin etibarlılığını artırmaqda əla irəliləyiş əldə edib. Bu avtomobillər, xüsusən də Amerika alıcıları arasında güclü nüfuz qazanıb.

Qelfandın qeyd etdiyi kimi, "Müasir texnologiya, şık dizayn və uzun güc aqreqatı zəmanəti - bütün bunlar Elantra üçün qalib kombinasiya yaradır".

Kia Seltos

Kompakt krossover Kia Seltos 2019-cu ildən istehsal olunur və Honda HR-V və Nissan Kicks ilə rəqabət aparır. CarEdge şirkətinin baş direktoru Zak Şefski bildirib ki, bu, əla modeldir.

Ekspert əlavə edib ki, "2025-ci ildə Kia ön təkərli yeni baza LX komplektasiyasını təqdim edib ki, bu da “Seltos”un başlanğıc qiymətini əhəmiyyətli dərəcədə azaldıb".

Subaru Crosstrek

Qelfand həmçinin Subaru Crosstrek krossoverini tərifləyərək, hətta baza modelinin də tam ötürücülü olduğunu qeyd edib.

Mexanik vurğulayıb ki, "Crosstrek əlverişli qiymətə ən yaxşı tam ötürücülü avtomobildir".

Dodge Durango R/T Plus

Böyük üç sıralı Dodge Durango SUV bu reytinqdə ən bahalı nəqliyyat vasitəsidir. Bununla belə, o, V8 mühərriki, üç sıralı salon və çox geniş baqaj bölməsi təklif edir.

Şefska jurnalistlərə bildirib ki, o, qiymətinə və xüsusiyyətlərinə görə ən yaxşı qiymət təklif edən Dodge Durango R/T Plus trimini tövsiyə edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:307
embedMənbə:https://lent.az
archiveBu xəbər 06 Dekabr 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri