Bütün Türkiyənin danışdığı ailə faciəsində YENİ DETALLAR
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbulda Böcek ailəsinin müəmmalı ölümü ilə bağlı ilkin tibbi rəy prokurorluğa təqdim edib.
Modern.az xəbər verir ki, rəydə ailənin qaldığı otel otağından götürülən nümunələrdə fosfin qazı aşkarlandığı, lakin ailənin yediyi qidalarda heç bir zəhərin tapılmadığı vurğulanır.
Mütəxəssislər fosfinin (taxıl və zərərverici dərmanlamasında istifadə olunan, yüksək dərəcədə zəhərli qaz) ailənin ölümündə əsas şübhə kimi önə çıxdığını bildiriblər. Ailənin dəqiq ölüm yekun rəy ilə müəyyənləşəcək.
Xatırladaq ki, Almaniyadan İstanbula istirahət üçün gələn 4 nəfərlik Böcek ailəsi noyabrın 12-də səhhətlərində yaranan problemlərə görə xəstəxanaya getmiş, həmin gün otelə qayıtmışdılar. Gecə saatlarında vəziyyətləri yenidən ağırlaşmış və xəstəxanaya çatdırılsalar da, uşaqlar həmin gün, ana növbəti gün, ata isə bir neçə gün sonra həyatını itirmişdi.
Həmin oteldə eyni otaqda qalan iki turistdə də oxşar simptomlar müşahidə edildiyi üçün onlar da xəstəxanaya yerləşdirilmişdi. Polis araşdırmasından sonra otel müvəqqəti olaraq bağlanmışdı.
İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində 11 nəfər saxlanılıb. Onlardan 8-i — dərmanlama şirkətinin rəhbəri və əməkdaşları, otel işçiləri, eləcə də yaxınlıqdakı qida satıcıları — məhkəmənin qərarı ilə tutulub. Otelin sahibinə isə “ölkədən çıxış qadağası” və “ev dustaqlığı” tədbirləri tətbiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 25 Noyabr 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















