Icma.az
close
up
RU
“Buxar Sumqayıt”ın baş məşqçisi: “Əsas problem heyətdəki oyunçu sayının azlığıdır”

“Buxar Sumqayıt”ın baş məşqçisi: “Əsas problem heyətdəki oyunçu sayının azlığıdır”

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

“Azərbaycanı minifutbol üzrə Avropa Liqasında təmsil edəcək “Buxar Sumqayıt”ın yeganə çətinliyi oyunçu sayının azlığı ilə bağlıdır”.

Bunu komandanın baş məşqçisi Nicat Məhərrəmov deyib.

Mütəxəssis komandanın hazırlığı və viza məsələləri barədə danışıb.

“Bir aydan çoxdur ki, təlim-məşq toplanışı keçirik. Məşqlərimiz əsasən Sumqayıtda təşkil olunub. Sponsorluq məsələsində bəzi çətinliklər yaşandığı üçün heyətə kifayət qədər oyunçu cəlb edə bilmədik. Çünki federasiya müəyyən dəstək göstərir, qalan məbləği komanda olaraq təşkil etməliyik. Üstəlik, bəzi futbolçuların viza almasında problem yarandı. Bu məsələ digər kollektivlərə az təsir etsə də, heyət məhdud olduğu üçün bizə 30-40 faiz zərər vurur. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Minifutbol Federasiyası bu məsələnin həlli üçün dəstək olmağa çalışır. Heyətdəki oyunçuların sayından asılı olmayaraq, yarışda Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

O, komandanın son durumu haqqında məlumat verib:

“Heyətdən 3 futbolçu və 2 təşkilati dəstək verən şəxs viza ala bilməyib. Hazırda sənəd alanlar 7 nəfərdir. Onlardan biri qapıçı, 6-sı isə meydan oyunçusudur. Məsələ həll olunmasa, “Zirə” klubunun Azərbaycanın U-23 millisində çıxış edən və vizaları hazır olan 2 üzvü heyətə qoşulacaq. Beləliklə, idmançı sayını 9-a qaldıra bilərik. Yarışda gün ərzində iki matç keçiriləcəyi üçün qrafik ağırdır. Slavyan ölkələrindən olan rəqiblər də fiziki baxımdan güclüdürlər. Buna baxmayaraq, hazırlığımız yüksək səviyyədədir”.

Baş məşqçi rəqiblər və turnirdəki hədəflər barədə də fikirlərini bölüşüb:

“Qrupda Çexiya, Polşa və Bosniya və Herseqovina təmsilçiləri yer alıblar. Bu komandanın oyunlarını təhlil etmişəm, ötən il mərhələ adlayan güclü kollektivdirlər. Əsas problem heyətdəki oyunçu sayının azlığıdır. Buna baxmayaraq, bütün rəqiblərlə başabaş mübarizə aparmaq mümkündür. Futbolçulara da aşılamışam ki, əsas hədəf finala qədər irəliləməkdir. Mövcud problemlər komandaya əlavə motivasiya olacaq”.

Qeyd edək ki, “Buxar Sumqayıt” G qrupunda Çexiyanın “Abus Qastro Jıhlava”, Polşanın “Aldaç 442 Sport Pub”, Bosniya və Herseqovinanın “Delinq İkons Lukavaç” kollektivləri ilə üz-üzə gələcək.

Avropa Liqasının oyunları sentyabrın 26-dan 29-na qədər İspaniyanın Kambrils şəhərində keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Sentyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri