Buxarest meriyası qənaət rejiminə keçməyə məcbur oldu
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"İqtisadi böhran nəticəsində Rumıniya paytaxtı Buxarest iflasa uğrayıb, şəhərin büdcəsi hazırda 1 milyon dollardan bir qədər çoxdur".
Oxu.Az yerli "Euronews" telekanalına istinadla xəbər verir ki, bunu yanvarın 23-də şəhər meri Çiprian Çuku deyib.
Bu səbəbdən Buxarest administrasiyası qənaət tədbirləri tətbiq etməli olub.
"Buxarest öz maliyyəsini idarə etmir, bizim nə çevikliyimiz, nə də minimal səriştəmiz var. Biz hökumətdən asılıyıq, hazırda paytaxtın büdcəsində təxminən beş milyon ley (təxminən 1.7 milyon manat) var. Başqa çıxış yolu qalmadığı üçün populyar olmayan tədbirlər həyata keçiriləcək", - deyə Çuku bildirib.
Onun sözlərinə görə, islahat paketinə dövlət qurumlarının, bəzi şirkətlərin və administrasiyaların yenidən qurulması və ya bağlanması daxildir. Mer qeyd edib ki, çoxu bunu bəyənməyəcək, lakin hakimiyyət orqanlarının bu cür hərəkətləri qaçılmazdır.
"Rumınların əksəriyyətinin hesabında paytaxt meriyasından daha çox pul var. Bu, sadəcə rüsvayçılıqdır. Sadəcə hökumətə müraciət etmirəm. Mən çox sayda struktur islahatları həyata keçirəcəyəm", - deyə mer vurğulayıb.
Mərkəz-sağçı Milli Liberal Partiyasının nümayəndəsi Ç.Çuku 2025-ci il dekabrın 5-də Buxarestin meri seçilib. O, səslərin 36%-ni toplayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 24 Yanvar 2026 05:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















