Buxarestdə yaşayış binasında güclü partlayış: Azı 11 nəfər yaralanıb
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Rumıniyanın paytaxtı Buxarestdə yaşayış binasında güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Rumıniya Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Məlumata görə, doqquzmərtəbəli binada baş verən hadisə zamanı bir çox mənzillərə ziyan dəyib. Bəzi mənzillərin tamamilə dağıldığı bildirilir.
İlkin məlumata görə, partlayışdan sonra yanğın baş verməyib.
Paytaxtda xilasedicilərin və yanğınsöndürənlərin ən yüksək səviyyədə səfərbərliyi, sakinlərin təxliyəsi təşkil edilib.
Yayılan məlumatlara görə, hadisə zamanı azı 11 nəfər xəsarət alıb, onlardan beşinin vəziyyəti ağırdır.
Partlayışın dəqiq səbəbi hələlik məlum deyil, lakin hadisənin qaz sızmasından baş verdiyi ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 17 Oktyabr 2025 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















