Buzlaqlar əriyir, təhlükəli civə okeana yayılır Alimlərdən HƏYƏCAN TƏBİLİ
Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Qlobal istiləşmə nəticəsində Antarktida yarımadasındakı buzlaqların əriməsi uzun illər buz altında qalmış civənin Cənub okeanına daha sürətlə yayılmasına səbəb olur.
Bu barədə "PNAS" elmi jurnalında dərc olunan araşdırmada bildirilir.
Alimlərin apardıqları analizlər göstərib ki, sənaye inqilabının başlanmasından bəri bölgədə dib çöküntülərində civənin toplanma sürəti 160% artıb. Vaxtilə bu metal üçün təbii anbar rolunu oynayan Antarktida indi ətraf mühitə civə yayan mənbəyə çevrilməkdədir.
Hesablamalara görə, buzlaqların əriməsi nəticəsində qurudan okeana daxil olan civənin həcmi 550%, okeanla atmosfer arasında civə mübadiləsinin intensivliyi 350%, okean axınları vasitəsilə çirklənmənin daşınması isə təxminən 400% artıb. Bu proses zəhərli maddənin Antarktidadan kənar ərazilərə də yayılması riskini artırır.
Mütəxəssislər bildirirlər ki, dəniz suyunda bakteriyaların təsiri nəticəsində civə metilcivəyə çevrilir. Bu, civənin ən təhlükəli formalarından biridir və planktondan başlayaraq iri dəniz yırtıcılarınadək bütün qida zəncirində toplanır.
Araşdırmaya əsasən, bölgədə yaşayan bəzi balıq və köpəkbalığı növlərində metilcivənin səviyyəsi artıq həm əvvəlki tarixi göstəriciləri, həm də müasir sanitariya normalarını üstələyib. /Oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 Avqust 2026 08:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















