Icma.az
close
up
RU
Buzlar əridi, yarış başladı: Rusiyanı silkəyən razılaşma İki ordu birləşir

Buzlar əridi, yarış başladı: Rusiyanı silkəyən razılaşma İki ordu birləşir

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Böyük Britaniya və Norveç Arktikada Rusiyaya qarşı mübarizə aparmaq və kritik sualtı infrastrukturu qorumaq üçün birgə donanma yaradacaq. Məlumata görə, Rusiya gəmilərinin Birləşmiş Krallıq yaxınlığında fəaliyyəti son illərdə 30 faiz artıb. Yeni saziş, dağıdılması infrastruktur üçün ciddi nəticələrə səbəb ola biləcək dənizaltı kabel və boru kəmərlərinin mühafizəsi üçün nəzərdə tutulub.

Böyük Britaniyanın Baş naziri Keyr Starmer məsələ ilə bağlı deyib: “Dərin qlobal qeyri-sabitliyin mövcud olduğu, sularımızda daha çox Rusiya gəmisinin göründüyü bir vaxtda biz milli təhlükəsizliyimizi qorumaq üçün beynəlxalq tərəfdaşlarımızla işləməliyik. Norveçlə bu tarixi razılaşma sərhədlərimizi və ölkələrimizin asılı olduğu kritik infrastrukturu qorumaq qabiliyyətimizi gücləndirir”.

İlk öncə onu qeyd edim ki, Böyük Britaniya ilə Norveç arasında təhlükəsizlik sahəsində əməkdaşlıq yeni deyil. Xüsusilə də İkinci Dünya müharibəsi dövründə London və Oslo çox yaxın müttəfiq idilər. Norveç Almaniya tərəfindən işğal olunanda, Britaniya bu ölkəyə həm hərbi, həm də siyasi dəstək verən əsas dövlətlərdən biri idi. Hətta Norveç kral ailəsi və hökuməti Britaniyaya sığınıb və müharibə boyunca London Oslonun sürgündə fəaliyyət göstərən hökumətinə ev sahibliyi edib. Öz növbəsində Norveç dəniz qüvvələrinin böyük hissəsi də Britaniyanın yanında mübarizə aparırdı. Hətta bu ölkənin ticarət donanması və dənizçiləri müttəfiqlər üçün həyati əhəmiyyət daşıyan təchizat marşrutlarının qorunmasında mühüm rol oynayırdı.

Britaniyanın Baş naziri Keyr Starmerin açıqlaması da məhz bu kontekstdə oxunmalıdır. Onun “dərin qlobal qeyri-sabitlik” və “sularımızda daha çox Rusiya gəmisi” ifadələri Londonda yaranan strateji narahatlığı göstərir. Bu saziş Norveçin Arktika təcrübəsi və coğrafi mövqeyi ilə Britaniyanın dəniz qüvvələrinin imkanlarını birləşdirərək, həm NATO daxilində koordinasiyanı gücləndirir, həm də Rusiyaya qarşı preventiv siqnal verir.

Lakin bunlara baxmayaraq, prosesin Rusiya təhdidindən çox daha fərqli bir motivi də var. Məsələ ondadır ki, Arktikanın buzlarının əriməsi ilə yeni ticarət yollarının açılması, enerji ehtiyatlarına çıxış uğrunda rəqabət və Moskvanın regionda təsirini artırmaq məqsədi, London və Oslonu daha fəal addımlar atmağa sövq edir. Birgə donanmanın yaradılması məhz bu yeni geopolitik reallığa uyğunlaşma cəhdi, bir növ “müdafiəni sərhədlərdən kənarda başlatmaq” yanaşmasıdır.

Əslində, Arktika uğrunda yarış çoxdan başlayıb. Məsələn, bir müddət öncə ABŞ Prezidenti Donald Trampın Danimarkadan Qrenlandiyanı istəməsi və ya Çinin Rusiyanın Arktik hövzədəki ərazilərində elmi təcrübələr aparmaqla bağlı razılaşması buna nümunə ola bilər. London bu yarışda geri qalmaq istəmir və Oslo ilə əməkdaşlığı hərbi kontekstdə sürətləndirib. Ona görə də, bu razılaşma həm Britaniya və Norveçin milli təhlükəsizlik konsepsiyalarında transformasiyanın göstəricisidir, həm də Avropa təhlükəsizliyinin gələcək arxitekturası üçün mühüm siqnaldır. Arktika artıq təkcə təbiət və elmi araşdırmalar regionu deyil – burada hərəkət edən kabel, boru kəməri və gəmilər böyük güclərin rəqabət xəttinə çevrilir və sözügedən saziş həmin xəttin daha aydın şəkildə çəkilməsidir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri