Icma.az
close
up
RU
Buzlu suda çimənlərinə nəzərinə: “Bu cür şokları uzun müddət bədənə verməməliyik, çünki qəfil ürəktutmaları baş verə bilər”

Buzlu suda çimənlərinə nəzərinə: “Bu cür şokları uzun müddət bədənə verməməliyik, çünki qəfil ürəktutmaları baş verə bilər”

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Son günlər Bakıya və bölgələrə yağan qar zamanı buzlu suda çimənlərlə bağlı görüntülər sosial şəbəkələrdə xeyli müzakirə yaradıb. Bunun sağlamlığa necə təsir etməsi isə çoxlarına qaranlıqdır.

“BiomedSpektr”ın baş həkimi, hepatoloq Arzu Hüseynova Pravda.az-a açıqlamasında deyib ki, bu, Azərbaycan kimi isti iqlim qurşağında yaşayan insanlar üçün təhlükəlidir.

A.Hüseynovanın sözlərinə görə, qışda açıq soyuq su hövzələrində, dənizdə çimməyə qış üzməsi də deyilir, bu bir növ bədənin möhkəmləndirilməsi üçün nəzərdə tutulur: “Bu gün kimsə “mən soyuq suda  çimməyə gedirəm” deyib, heç bir müayinə olunmadan, orqanizmə həyatında heç vaxt belə bir stress yaşatmadan birdən-birə soyuq suya girsə, xoşagəlməz proseslər baş verə bilər. Bir var, soyuq su, bir də var, buzlu su.  Temperaturu müsbət 4 dərəcədən 15 dərəcəyə qədər olan su soyuq, müsbət 4 dərəcədən mənfi 2 dərəcəyə qədər olan su isə buzlu sudur. Bunların da fərqi var. Təbii ki, soyuq suda çimmək orqanizm üçün yaxşı mənada fiziki hərəkətdir. İmmun sisteminə bir çox hallarda müsbət təsir edir. Orqanizmdə energetik ehtiyatın miqdarı, iş qabiliyyəti artır, bu isə immun sisteminə çox böyük dayaq olur. Yenə də riskli məsələdir. Nəzərə almaq lazımdır ki, bunu hamı edə bilməz. Hətta tam sağlam insan belə qısa müddətdə soyuq suda qalmalıdır. Bir şəxs müntəzəm olaraq daim hər qış ard-arda soyuq suda çimirsə, onda immun sistemi möhkəmlənir, soyuqdəymə xəstəliklərinə qarşı bədənin möhkəmliyi artır, qan dövranı yaxşılaşır. Soyuq su, ümumiyyətlə, insan bədənində qan dövranına müsbət təsir edir. Hətta bəzi hallarda ürək qan-damar sistemində yüngül dəyişikliyə kömək edir. Lakin gəlin fikirləşək, soyuq suda çimən zaman bizim bədənimizdə nə baş verir? Soyuq su orqanizmdən istini tez götürür. Yəni həmin dəqiqə xırda kapilyarlarda spazm baş verir və qan içəri qovulur. Orqanizmin daxilində 10 dəqiqə ərzində qanın sürətlənməsi nəticəsində daha iri damarlarda hərəkət artır. Bir növ bədəndə əzələyə nəzarət azalır. Soyuq və ya buzlu suda çimmək istəyən şəxslərin mütləq ürək qan-damar sistemi müayinə olunmalı, damarlarında heç bir problem olmamalıdır. Spazm iri damarlarda da baş verə bilər. Hətta insanlar elə soyuq suyun içində ölə bilərlər”.

Həkim bildirib ki, soyuq və ya buzlu suda çimmək məhz soyuq iqlim şəraitində yaşayan insanlara daha məsləhətlidir: “Azərbaycanda ilin böyük hissəsini isti havada yaşayan insan qəfildən üç-beş gün hava soyuyan kimi özünü soyuq suya atırsa, burada yaxşı nəticənin olmasından heç vaxt danışmaq olmaz. Bu, daha çox şimalda, daim soyuq hava şəraitində yaşayan insanlar, eyni zamanda orqanizmini kiçik yaşlardan soyuq suya öyrədənlər üçün daha rahatdır. Təkrar edirəm, soyuq su nəticəsində əmələ gələn şok qan damarlarının bağlanmasına səbəb olur. Bu da qan dövranına müqavimət göstərir. Ürək döyüntüləri artır və nəticədə ürək daha çox işləyir. Nəticədə təzyiq qalxa bilər. Buna görə də bu cür şokları uzun müddət bədənimizə verməməliyik, çünki qəfil ürəktutmaları baş verə bilər, xəstələrdə bir çox problemlərə yol açar. Həkim olaraq soyuq və ya buzlu suda çimməyin o qədər də tərəfdarı deyiləm”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://pravda.az
archiveBu xəbər 27 Fevral 2025 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see140

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see133

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri