Icma.az
close
up
RU
Həbsdə olan eks vəzifəli şəxsdən türmədə planşet aşkarlandı QƏRAR

Həbsdə olan eks vəzifəli şəxsdən türmədə planşet aşkarlandı QƏRAR

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı Apellyasiya Məhkəməsində cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyalar saxlamaqda təqsirləndirilən Qadir Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Qaradağ Rayon Məhkəməsinin hökmü dəyişdirilib, ona qəti olaraq 1 il 5 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, Qadir Quliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə məlum olmayan vaxtda və mənbədən qadağan olunmuş 1 ədəd “Samsung” markalı planşet, 1 ədəd “Apple Airpods” markalı naqilsiz qulaqcıq, 1 ədəd smart saat, 1 ədəd elektrik qidalandırıcısı, otaqdakı elektrik yuvasında olan 1 ədəd elektrik qidalandırıcısı, 1 ədəd “Nokıa WİFİ” markalı router və dolabda olan1 litr həcmli şüşə butulkada spirtli içkini əldə edərək özündə saxlayıb. Ötən il saat 23:10-də Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə müəssisənin inzibati binasının yaxınlığında yerləşən təsərrüfat təyinatlı otaqda Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş qəfləti axtarış-baxış tədbirləri nəticəsində ona məxsus yataq yerindən açıq aşkar şəraitdə saxladığı həmin əşyalar aşkar edilərək götürülüb.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 1 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdi.

Qeyd: Qadir Quliyev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq), 178.2.3, 178.2.4, 179.3.2-ci (mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 4 il 4 a ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Kamal Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 İyun 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see123

Kim deyər ki, 78 yaşı var? Video

08 İyun 2025 23:30see122

Levan Davitaşvili: Tbilisi Quru Limanı Orta Dəhlizin inkişafında mühüm rol oynayacaq

08 İyun 2025 20:50see122

Moskvada anbar kompleksində baş verən yanğın nəticəsində iki nəfər ölüb

08 İyun 2025 22:34see121

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see120

Ayxan Abbasov: “Gələcəyə nikbin baxırıq”

08 İyun 2025 22:34see118

Dünyanın ən uzun balığı hansıdır?

09 İyun 2025 02:33see118

Ağstafada qardaş qardaşın qanını tökdü

09 İyun 2025 05:26see118

Bu nəhəng ölkə husilərə kömək edir: ABŞ yə hücum

09 İyun 2025 03:31see117

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see117

Bu vitamin xərçəngi 10 günə öldürür

09 İyun 2025 02:04see117

Yeniyetmə fortepianoçumuz Londonda beynəlxalq müsabiqənin qalibi OLDU

08 İyun 2025 23:49see117

Davit Volkovlu Gürcüstan millisi son 4 oyunda üç qələbə və bir heç heçə

08 İyun 2025 22:57see117

Almaniya Fransa matçının ən yaxşı oyunçusu bilindi

08 İyun 2025 20:25see117

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see116

Ukrayna üçün şad xəbər Rəsmən elan edildi

09 İyun 2025 01:27see115

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see113

“Pul var, sülh yoxdur!” Cey Di Vensdən sabiq prezidentə tənqid

09 İyun 2025 00:01see112

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see112

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri