Icma.az
close
up
RU
BVF: Azərbaycanın bank sistemi maliyyə böhranına dözümlüdür

BVF: Azərbaycanın bank sistemi maliyyə böhranına dözümlüdür

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qurum qarşıdakı 5 ildə ölkəmizdə ÜDM-in 101 milyard dollara çatacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında Azərbaycan iqtisadiyyatının 2015-ci ildə qlobal neft qiymətlərinin çökməsi və 2020-ci ildə COVID-19 pandemiyası nəticəsində baş verən iki ciddi maliyyə tənəzzülündən sonra yenidən əvvəlki vəziyyətə yönəldildiyi bildirilib. Hesabatda son 10 ildə ölkənin valyuta ehtiyatlarının 2 dəfə artdığı, bankların üstünlük təşkil etdiyi maliyyə sektorunda isə genişmiqyaslı islahatlar aparıldığı da vurğulanıb.

BVF-nin hesablamalarına əsasən, 2015–2016-cı illər böhranından dərs çıxaran banklarda kapitalın adekvatlıq əmsalı yüksəlib, açıq valyuta mövqeləri isə azalıb. Beləliklə, stress – testlərin nəticələrinə görə, Azərbaycanın bank sistemində həm xarici, həm də daxili ciddi sarsıntılar fonunda dayanıqlılıq saxlanılıb.

Bütün bunlarla yanaşı, bankın analitikləri bildirirlər ki, əlverişsiz ssenarilərdə kapitalın ümumi uyğunluq əmsalı 4,5 faizlik göstəriciyə qədər azala, bank sektorunun aktivlərinin 35 faizini təşkil edən 23 bankdan 8-nin əlavə kapitala ehtiyacı hiss oluna bilər. Lakin bank aktivlərinin ümumi kapital defisiti ÜDM-in 0,5 faizi həcmində qiymətləndirilir. Likvidlik testləri də göstərir ki, sektor bütövlükdə ciddi sarsıntılara belə tab gətirmək üçün kifayət qədər buferlərə malikdir. Bununla belə, bəzi banklar sarsıntılara həssasdır. Xüsusilə, korporativ əmanətlərin yüksək payı bəzi bankları iri həcmdə vəsaitlərinin birdən-birə çıxarılması riskinə qarşı həssas edir.

BVF-nin hesabatında 2015-ci ildə aparılan əvvəlki maliyyə sektoru qiymətləndirməsindən sonra əldə olunan irəliləyiş də yüksək dəyərləndirilib. Fondun analitiklərinin fikrincə, Azərbaycan Mərkəzi Bankında banklara nəzarət əhəmiyyətli dərəcədə gücləndirilib, milli özəllikləri nəzərə almaqla “Basel III” standartları tətbiq edilib və makroprudensial siyasətin inkişafı diqqətdə saxlanılıb. Həmçinin, bankların fövqəladə maliyyələşdirilməsi mexanizmi təkmilləşdirilib və maliyyə institutlarının probleminin həlli üçün hüquqi baza müasirləşdirilib.

Qeyd edək ki, BVF 2030-cu ilin sonuna Azərbaycanda ÜDM-in nominal həcminin 2,5 faiz real artımla 171,522 milyard manat (100,895 milyard dollar) olacağını proqnozlaşdırır. Eyni zamanda, 2025-ci ildə respublikamızda ÜDM-in nominal həcminin 3,5 faiz real artımla 134,078 milyard manat (78,87 milyard dollar) səviyyəsində gözlənildiyi bildirilir.

Məlumata görə, 2026-cı ildə ölkədə ÜDM-in nominal həcmi 2,5 faiz real artımla 139,182 milyard manat (81,872 milyard dollar), 2027-ci ildə 2,4 faiz real artımla 145,847 milyard manat (85,792 milyard dollar), 2028-ci ildə 2,4 faiz real artımla 153,556 milyard manat (90,327 milyard dollar), 2029-cu ildə isə 2,5 faiz real artımla 162,135 milyard manat (95,373 milyard dollar) səviyyəsində proqnozlaşdırılır.

Proqnozlara görə, 2025-ci ildə qeyri-neft sektorunda ÜDM-in nominal həcmi 94,674 milyard manat (illik artım 10,46 faiz), 2026-cı ildə 102,595 milyard manat (+8,37 faiz), 2027-ci ildə 110,434 milyard manat (+7,64 faiz), 2028-ci ildə 118,825 milyard manat (+7,6 faiz), 2029-cu ildə 127,903 milyard manat (+7,64 faiz), 2030-cu ildə isə 137,675 milyard manat (+7,64 faiz) təşkil edəcək.

BVF-nin hesabatında 2031-ci ilə qədər Azərbaycanın strateji valyuta ehtiyatları ilə bağlı proqnozları da açıqlanıb. Belə ki, sənəddə 2030-cu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının 72,709 milyard dollara (il ərzində artım 0,73 faiz) çatacağı bildirilib.

Hesabata görə, strateji valyuta ehtiyatlarının artımı Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin artaraq 62,949 milyard dollar (illik artım 1,17 faiz) təşkil etməsi hesabına gerçəkləşdiriləcək, proqnoza əsasən, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 9,76 milyard dollar (il ərzində azalma 2,01 faiz) səviyyəsində olacaq.

Yeri gəlmişkən, 2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 71,671 milyard dollar (illik artım 0,96 faiz) səviyyəsində proqnozlaşdırılır. Bu məbləğin 10,76 milyard dollarını (illik azalma 1,82 faiz) Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları, 60,911 milyard dollarını (artım 1,47 faiz) isə Azərbaycan Dövlət Neft Fondunun aktivləri təşkil edir.

Yeri gəlmişkən, Dövlət Neft Fondunun (DNF) məlumatına görə, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2025-ci il aprelin 1-nə 74 milyard dollara (bu, indiyə qədər qeydə alınan rekord həcmdir) yüksəlib. Bununla da strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 3 milyard dollar və ya 4 faiz çoxalıb.

DNF bildirir ki, 2025-ci il mart ayının 31-nə bu fondun aktivləri 2024-cü ilin sonuna (60 milyard dollar) nisbətən 4,5 faiz artaraq 62 milyard 740,2 milyon dollara yüksəlib. Mərkəzi Bankın strateji valyuta ehtiyatları isə ilin əvvəlində 10 milyard 959,5 milyon dollar olduğu halda, rübün sonuna 11 milyard 26,5 milyon dollar olub.

Yeri gəlmişkən, strateji valyuta ehtiyatları – bir ölkənin Mərkəzi Bankı və ya DNF tərəfindən saxlanılan xarici valyuta, qızıl ehtiyatları və digər beynəlxalq likvid aktivlərdir. Bu ehtiyatlar əsasən ABŞ dolları, avro, funt sterlinq və digər güclü valyutalarda saxlanılır. Mərkəzi Bank və DNF ehtiyatlardan səmərəli istifadə edərək manatın məzənnəsinin sabit saxlanılmasında əsas rol oynayır.

BVF-nin hesabatında yuxarıda vurğulananlarla yanaşı, Azərbaycana maliyyə nəzarətini gücləndirməyin və Mərkəzi Bankın müstəqilliyini möhkəmləndirməyin zəruriliyini də tövsiyə edir.

BVF qeyd edir ki, müəyyən irəliləyişlərə baxmayaraq, maliyyə sektorunda bir sıra problemlər hələ də həllini tapmayıb. Bunlara konsolidasiya edilmiş nəzarət sisteminin tətbiqi, böhranlara hazırlaşmaq və onları idarə etmək üçün idarələrarası qurumun yaradılması, AMB-nin müstəqilliyinin, hesabatlığının və düzgün idarə edilməsinin gerçəkləşdirilməsi, mübahisələrin həlli sahəsində onun səlahiyyətlərinin genişləndirilməsi zərurəti daxildir.

Fondun analitikləri vurğulayırlar ki, AMB-nin qanunvericilik bazasının gücləndirilməsi və onun müstəqilliyinin, hesabatlığının, resurs təminatının və nəzarətə yanaşmanın gücləndirilməsi nəzarət fəaliyyətinin səmərəliyini artıracaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 May 2025 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri